Bu gün Beynəlxalq Dənizçilər Günüdür

Hər il iyunun 25-i dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunur.
Beynəlxalq Dənizçilər Günü 2010-cu ildə BMT-nin tərkibinə daxil olan Beynəlxalq Dəniz Təşkilatının nümayəndələri tərəfindən təsis edilib.
İlk dəfə 2011-ci ildə onlayn rejimində qeyd olunub. Həmin vaxt Ümumdünya Dəniz Təşkilatı hər kəsdən xahiş edib ki, Beynəlxalq Dənizçilər Günü sosial şəbəkələr vasitəsilə dünyanın hər yerinə yayımlansın və hər yerində qeyd olunsun.
Həmin vaxtdan etibarən Beynəlxalq Dənizçilər Günü hər il iyun ayının 25-də qeyd olunur. Dənizçilər Gününün dünya miqyasında qeyd olunması dənizçilərə olan hörmətin, ehtiramın və qayğının bariz nümunəsidir.
Qeyd olunma müddətinə görə Beynəlxalq Dənizçilər Günü gənc bayramlar sırasında yer alıb və BMT-nin illik tədbirlər siyahısına əlavə olunub.
Azərbaycanda da Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə "Dənizçi Günü" peşə bayramı təsis olunub.
Qeyd edək ki, hazırda dünyada yüklərin təqribən 90 faizi dəniz yolu ilə daşınır. Dünya sularında üzən gəmilər vasitəsilə gün ərzində müxtəlif təyinatlı məhsullar daşınır. Dəniz vasitəsilə həyata keçirilən ticarət qlobal iqtisadiyyata da öz töhfəsini verir.
Azərbaycanın sürətli inkişafında dənizçilərin də xüsusi əməyi var. Dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdənkənar sularda Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında rol oynayırlar.
Bütün dənizçilərimizi peşə bayramları münasibəti ilə təbrik edirik!
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












