Reklam

Bu sənədlərə görə DYP-ə getmək lazım deyil - “E-polis” tətbiqində bunlar var - VİDEO

Öyrənək 9 Sentyabr 2024 10:32 Oxunub 1920
Bu sənədlərə görə DYP-ə getmək lazım deyil  - “E-polis” tətbiqində bunlar var  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi vətəndaşların maarifləndirilməsi istiqamətində daha bir video paylaşıb.

Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən “E-polis” mobil tətbiqinin yeni funksiyası ilə bağlı maarifləndirici video qurumun sosial şəbəkə hesabları vasitəsi ilə təqdim edilib.

Belə ki, mobil tətbiq vasitəsilə artıq nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayışı həm çap, həm də elektron şəkildə almaq mümkündür.

“E-Polis” mobil tətbiqini "App Store" və ya "Google Play"dən yükləyə bilərsiniz.

Ekspert Osman Gündüz tətbiqin əhəmiyyəti barədə bildirib ki,  E-Polis mobil tətbiqi hamı üçün faydalı ola biləcək yeni xidmətlər var. "102 SOS" artıq aktivdir.

"PlayStore-dən görünür ki, E-Polis mobil tətbiqi bir neçə gün öncə yenilənib və yeni xidmətlər yaradılıb. Ən çox diqqətimi cəlb edən isə "İtirilmiş əşyaların TAPILMAMASI ilə bağlı arayış üçün müraciətin qəbulu " xidməti oldu. Maraqlı, faydalı və çox sayda insanlar üçün gərəkli ola biləcək bir xidmətdir. Əvvəllər bunun üçün polisə getmək, ərizələr yazmaq, elanlar vermək lazım gəlirdi. İndi isə sadəcə tətbiqdə itən əşyaları seçib müraciəti göndərmək yetərlidir. E-Polis-də digər yeniliklər "Nəqliyyat vasitəsinin idarə edilməsi üzrə sorğuların qəbulu", "AYNA cərimələri haqqında məlumat və ödəniş" və "Arxiv arayışlarının verilməsi üçün müraciətin qəbulu" xidmətləridir."

O. Gündüz bildirib ki, ən çox diqqət çəkən məqamlardan daha birisi də "102 SOS" xidmətilə bağlıdır. "Əvvəlki versiyalarda 102 xidmətinə video və audio faylların göndərilməsi, yazılı müraciət nəzərdə tutulmuşdu. E-Polisin yeni versiyasında isə artıq xidmətə birbaşa zəng üçün "102 SOS" DÜYMƏSİ yerləşdirilib. Bu düyməni basmaqla birbaşa "102 xidmətə " bağlanmaq olar. Güman ki növbəti mərhələdə "102 SOS" vasitəsilə ən yaxınlıqda olan polislə əlaqə yaratmaq imkanı da reallaşdırılacaq. Beləliklə, E-Polisə 5 yeni xidmət əlavə edilib."

Ekspert qeyd edib ki, DİN-nin və bütövlükdə polis sisteminin rəqəmsal transformasiyası istiqamətində atılan addımlar, kütləvi polis xidmətlərinin rəqəmsallaşdırılması və müntəzəm yenilənməsi sahəsində DİN tərəfindən görülən işlər çox təqdirəlayiqdir.

"Yeri gəlmişkən, E-Polis-in əvvəlki versiyasından əldə etmək mümkün olan xidmətləri bir daha təqdim edirəm :

- məhkumluq haqqında arayış

- 102 xidmətə onlayn müraciət (Virtual -102)

- avtomobilin yüklü olub-olmaması haqqında arayış

- DYP cərimələri üzrə müraciət

- etibarnamə üzrə müraciət

- Nəqliyyat qəzası ilə bağlı icbari sığorta arayışı

- STOP -la bağlı məlumatlandırma

- işğaldan azad edilmiş ərazilərdə buraxılış icazəsi məlumatı

- şəxsin özü haqqında məlumat və s."

Səfər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh