Bu zolağa girən yük maşınlarının sürücüləri cərimə oluna bilər: 40 və 100 manat - VİDEO

Yük avtomobillərinin hərəkəti ilə bağlı müəyyən qaydalar var ki, sürücülər ondan hələ də xəbərsizdirlər. Avtosfer.az xəbər verir ki, bu, yolun hərəkət hissəsində yerləşmə qaydası ilə bağlıdır. Bu qaydalar əsasən yaşayış məntəqələrindən kənarda pozulur.
"Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsinə əsasən, eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yollarda tam kütləsi 3,5 tondan yuxarı olan nəqliyyat vasitələri həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır. Hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir. Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Yük maşınlarının hərəkət hissəsində yerləşməsi ilə bağlı qaydalar 5.1 nişanı ilə işarələnmiş avtomagistrallara da aiddir. Belə ki, 3 və daha çox zolağı olan avtomagistrallarda 3.5 tondan artıq olan yük maşınlarının ikinci zolaqdan sonrakına keçməsi qadağandır. Bu əməli törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.5-ci maddəsilə 100 manat 4 bal məbləğində cərimə oluna bilərlər.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












