Buzlu su ilə üzə qulluq: Yeni trendin faydaları və riskləri – ARAŞDIRMA - FOTO

Son zamanlarda sosial şəbəkələrdə geniş yayılmış yeni bir gözəllik və sağlamlıq trendi diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, insanlar səhərlər və ya günün istənilən vaxtında üzlərini buzlu suya salaraq bir müddət gözləyirlər. Bu üsulun həm psixoloji, həm də dermatoloji baxımdan müxtəlif təsirləri olduğu bildirilir.
Mütəxəssislərin fikrincə, buzlu suya üz salmaq qan dövranını sürətləndirərək dərini canlandıra, şişkinliyi azalda və məsamələri müvəqqəti daralda bilər. Həmçinin bu metod stressin azalmasına və insanın daha gümrah hiss etməsinə səbəb ola bilər. Xüsusilə səhər saatlarında tətbiq edildikdə yuxudan daha tez ayılmağa kömək edir.
.jpg)
Lakin dermatoloqlar və sağlamlıq mütəxəssisləri xəbərdarlıq edirlər ki, bu metod hər kəs üçün uyğun deyil. Xüsusilə həssas dəriyə sahib olanlar, rozasea və ya ekzema problemi yaşayanlar üçün buzlu su əlavə qızartı və qıcıqlanmaya səbəb ola bilər. Həmçinin çox soyuğa həssaslığı olan şəxslərdə, məsələn, Reyno sindromu kimi soyuqdəymə ilə bağlı problemləri olan insanlarda buzlu su qan damarlarını daha da daraldaraq narahatlıq yarada bilər.
Migreni olan şəxslər üçün isə bu metod xüsusi diqqət tələb edir. Soyuq suyun baş və üz nahiyəsində damarları ani daraltması migren tutumlarını daha çox qızışdıra bilər. Bu səbəbdən migren problemi olanlara buzlu su terapiyasını tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Dermatoloq-həkimlər bildirirlər ki, buzlu suda üz saxlamaq düzgün istifadə edildikdə, qısa müddətli faydalar verə bilər. Lakin dəri tipinə və sağlamlıq vəziyyətinə uyğun olub-olmadığını nəzərə almaq vacibdir.
Fidan
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












