Çin elektromobillərinə rüsum atrırıldı

Avropa Komissiyası Çin elektromobillərinə əlavə rüsum tətbiq etməklə bağlı qərarını açıqlayıb. Komissiyanın qərarı bütün istehsalçılara eyni səviyyədə təsir göstərməyib. Rüsumlar markalara görə 20-38 faiz arasında dəyişir. Rəmi Pekin qərardan narazıdır. Avropalı ekspertlər isə ciddi dəyişiklik olacağına inanmırlar.
Avtosfer.az xəbər verir ki, Avropa Komissiyası Çində avtomobil istehsalçılarına dövlət subsidiyası barədə təhqiqatını başa çatdırıb. 3 aydan çox çəkən araşdırma zamanı bütün istehsalçıların dövlətdən bu və ya digər formada subsidiya aldığı müəyyən edilib. Komissiya hər markaya ayrı məbləğdə gömrük rüsumu tətbiq edib. Bu rüsum istehsalçı şirkətə verilən subsidiyanın həcmindən və şirkətin komissiya ilə əməkdaşlıq səviyyəsindən asılı olaraq dəyişib. Avropa Komissiyasının vitse-prezidernti marqaritas Sxinas deyib: “Vitse-prezidenti Valdis Dombrovskis Çin elektromobilləri ilə bağlı təhqiqatın nəticələrini Avropa Komissiyası komissarlarının Kollegiyasına təqdim edib. Məlum olub ki, istehsal şəbəkələrinin əsassız subsiyadalaşdırılması Avropanın elektromobil istehsalçıları üçün ciddi iqtisadi risk yaradır. Bu səbəbdən Avropa Komissiyası elektromobil idxalına balanslayıcı rüsum tətbiq etməyi qərara alıb”.
Yeni qaydaya əsasən, iyulun 1-dən etibarən BYD Avropaya elektromobil idxalı zamanı 17,4% əlavə rüsum ödəyəcək. Geely 20%, SAİC 38,1% əlavə rüsum ödəməli olacaq. Digər az tanınan markaların da rüsumları 21-38% arası dəyişir. Hazırda qüvvədə olan 10%-lik rüsum da qüvvədə saxlanılıb.
Rəsmi Pekin isə hesab edir ki, komissiya qərarına yenidən baxmalı, hadisələrin arzuolunmaz istiqamətdə cərəyan etməsinin qarşısını almalıdır. Çin öz iqtisadi maraqlarını qorumaq üçün zəruri addımlar atacaq.
Bununla belə, avropalı avtomobil ekspertlərinin fikrincə yeni rüsum özü də çinlilər üçün ciddi baryer deyil. Real nəticə üçün 2 yol var: ya rüsumu minimum 55%-ə qaldırmaq, ya da daha radikal addım ataraq Çin avtomobillərinin idxalını qadağan etmək. İkinci variant hazırda mümkün hesab edilmir.
Vüqar Yaşaroğlu
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO












