Deputatdan ictimai nəqliyyatda güzəştlərlə bağlı TƏKLİFLƏR

"İctimai nəqliyyatda keyfiyyətin və səmərəliliyin yüksəldilməsi ilə yanaşı, ödəniş vasitələrinin və metodlarının da beynəlxalq standartlara tam uyğunlaşdırılması vacibdir".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib.
Onun sözlərinə görə, son illər ictimai nəqliyyat sektorunda institusional islahatlar dərinləşib:
"Bununla yanaşı, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi bizdə də bu sahə uzunmüddətli islahatlar tələb edən sektordur.
Əksər inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Cəmiyyətinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Əksər ölkələrdə olduğu kimi tələbələr üçün güzəştli qiymətlər ilə Tələbə Nəqliyyat Kartının tətbiqi mümkündür. Bu zaman tələbələrin müəyyən güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı.
Tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında kartların satışı həyata keçirilə bilər. Həmin kartlardan başqalarının istifadə etməməsi üçün isə maliyyə cəriməsi daxil olmaqla güzəştli hüququn itirilməsi kimi cəzaların müəyyənləşdirilməsi mümkündür. Prosesə şəffaf nəzarət bu şərtlər daxilində kartlardan başqalarının istifadə etməsinin qarşısını almış olar.
İkincisi, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac var. Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı, nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasına şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. Bir sıra ölkələrdə mövsümü güzəştlər də tətbiq olunur və güman edirik ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər. Bütövlükdə, differensial tarif sisteminin ölkəmizdə də tətbiqi sosial müdafiəyə ehtiyacı olan qrupların nəqliyyat xərclərini azaltmaqla yanaşı, nəqliyyat şirkətləri üçün birdəfəlik vəsait cəlb etmə və bu kontekstdən sərmayə imkanlarını da artıra bilər".
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz












