Dönmə işığını bu cür yandıran sürücülərin diqqətinə! - CƏRİMƏSİ VAR - VİDEO

Sosial şəbəkələrdə bəzi sürücülər yeni trendə qoşulublar. Avtosfer.az xəbər verir ki, onlar işıq cihazlarından istifadə qaydalarını pozaraq video çəkirlər və həmin videonu sosial şəbəkə hesablarında paylaşırlar.
Təqdim etdiyimiz videoda 59-BE-092 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü dönmə işıqlarını gah sağa, gah da sola yandıraraq qaydaları pozub. Bəzi sürücülər bunun əhəmiyyətsiz olduğunu düşünsələr də, dönmə işığının yollarda çox böyük rolu var.
Hər bir səhv verilən işıq siqnalı digər hərəkət iştirakçılarını çaşdıra bilər. Bu səbəbdən işıq cihazlarına dair qaydalara ciddi şəkildə əməl etmək lazımdır. Unutmaq olmaz ki, bu bir oyuncaq deyil, nəqliyyat vasitəsidir. Yolda atılan hər bir səhv addımın sonu faciə ilə bitər.
Qeyd edək ki, işıq cihazlarından düzgün istifadə etməyən sürücülər 30 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO












