Dünyanın ən bahalı kabrioleti hərraca çıxarılır - FOTO

Ötən əsrin 40-cı illərində ABŞ bazarına daxil olan Ferrari burada ciddi uğur qazanır. Tələbkar və zəngin müştərilər italiyalı istehsalçını daha zövqlü və cəlbedici modellər yaratmağa vadar edir. Son nəticədə maraqlı avtomobillər ərsəyə gəlir.
Avtosfer.az xəbər verir ki, “Sotheby’s” hərrac evi belə avtomobillərdən birini satışa çıxaracaq. Hərraca çıxarılacaq “Ferrari 250 SWB California Spyder” modelini fərqləndirən xüsusiyyət kabriolet tipli kuzovun cəmi 37 ədəd istehsal edilməsidir. Üstəgəl, hərraca çıxarılan avtomobilin şassi nömrəsi 001-dir. Bu həm də 1960-cı ildə Cenevrə avtosalonunda nümayiş etdirilmiş avtomobildir.
Kaliforniyada avqust ayında satışa çıxarılacaq avtomobilin 16-18 milyon dollara müştəri tapacağı ehtimal olunur. Belə qiymətə hərrac reallaşarsa, bu, dünyanın ən bahalı kabriolet satışı olacaq.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT














