Elektromobil seçərkən nəyə diqqət etməliyik? – Avtoblogerdən SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

Benzin və dizel avtomobillərinə alternativ olaraq elektromobillərin ölkəmizə gətirilməsində son 5 ildə intensivlik müşahidə edilir. İstismar xərclərinin nisbətən az olması və yenilikçi texnologiyaların tətbiqi ilə bu avtomobillər sürücülər tərəfindən maraqla seçilir. Lakin elektromobili seçərkən müəyyən vacib məsələyə diqqət yetirmək lazımdır ki, bu da sizin şərtlərinizə uyğun ən yaxşı nəqliyyat vasitəsi tapmağa kömək edəcək.
Avtobloger Bəhruz Gülalı Avtosfer.az-a açıqlamasında bildirib ki, elektromobil almaq istəyərkən istilik pompasının mövcudluğu diqqət etməli olduğumuz vacib nüanslardan biridir:

“Əgər avtomobildə istilik pompası yoxdursa, batareya çox tez soyuyur və bu da avtomobilin yürüyüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır. Soyuq hava şəraitində, xüsusilə qışda, batareyanın sürətlə soyuması nəticəsində avtomobil 100% şarjla 500 km məsafə gedə biləcəksə, bu məsafə cəmi 250 km-ə qədər azala bilər. Yəni, yarı yarıya fərq yaranır.
Lakin istilik pompası olan elektromobillərdə, batareya çöldəki soyuq hava şəraitinə baxmayaraq, pompa vasitəsilə müəyyən dərəcədə istilənir və bu, batareyanın enerji qabiliyyətini qorumasına kömək edir. Beləliklə, 500 km məsafə qət etməli olan avtomobil, istilik pompası varsa, 400 km məsafə verə bilər. Bu, çox vacib nüansdır və elektromobil alarkən nəzərə alınmalı bir faktordur”.
.jpg)
Avtobloger onu da vurğulayıb ki, bəzi Çin istehsalı elektrik avtomobillərinin əksəriyyətində istilik pompası yoxdur, lakin “Tesla” şirkəti istehsal etdiyi bütün elektromobillərdə bu sistem mövcudluğuna önəm verir”.
Qeyd edək ki, “Tesla” dünyanın ən məşhur və dözümlü elektromobil istehsalçısıdır və bu, yalnız batareya amilləri ilə bağlı deyil, digər mühüm məsələlərlə də əlaqədardır.
Fidan
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO












