Elektromobili qoşqu ilə sürmək olarmı?

Mexaniki ötürməli avtomobillərin qoşqu və ya yarımqoşqu ilə hərəkət etməsi tam normaldır. Elə yük maşınlarının (hələ ki) əksəriyyəti mexaniki ötürmədir. Minik avtomobillərinin yarımqoşqu ilə idarə edilməsi bizdə də populyarlaşır. Avtomat ötürücülü minik avtomobillərində sürücü yarımqoşqu ilə hərəkət edərkən ehtiyatlı olmalıdır ki, transmissiya sıradan çıxmasın.
Avtosfer.az xəbər verir ki, elektromobillərin də qoşqu və ya yarımqoşqu ilə idarə edilməsi məsələsi çox vaxt müzakirəyə səbəb olub. Almaniya Avtomobil Klubu (ADAC) bununla bağlı test keçirib. Tesdə onadək müxtəlif markalı elektromobil iştirak edib.
Test zamanı məlum olub ki, elektromobilin darta biləcəyi qoşqu və ya yarımqoşquların kütləsi daxiliyanma mühərrikli avtomobildən az olmalıdır. Buna səbəb elektromobilin batareyaya görə kütləsinin daha ağır olmasıdır.
Lakin qoşqunun mexanizmlərə ziyan verməsi məsələsində elektromobilin üstünlüyü çoxdur. Bu texnikada çox sayda val, dişli çarx və sair olmadığından qırılma ehtimalı azdır. Başlıca fərq isə tormozlamadadır. ən əsası isə, rekuperativ tormozlamanın səmərəli olmasıdır. Ağır yük avtomobili itələdiyi üçün eniş zamanı batareyalar daha sürətlə dolur. Tormoz pedalından istifadə zərurəti azaldığı üçün qızma, sürtünən detallaırn ifrat dərəcədə aşınması baş vermir.
Lakin avtomobildə olduğu kimi elektromobildə də yarımqoşqu ilə hərəkət zamanı sərfiyyat artır. Sadəcə olaraq eniş zamanı elektromobil yola sərf edilən enerjinin bir qismini bərpa edə bilir. Ənənəvi avtomobildə isə belə bir imkan yoxdur. Əksinə, aşağı ötürmədə hərəkət zamanı sərfiyyat da artır.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












