Fransa sağlarının benzin yalanı

Parlament seçkilərinin ilk turunda liderlik edən ifrat sağçı Milli Birlik Partiyasının daha bir qeyri-real vədi aşkara çıxıb. Nəticələr elan olunduqdan sonra partiyanın namizədi Jordan Bardella bildirib ki, Baş nazir seçilən kimi yanacağa tətbiq edilən əlavə dəyər vergisini 20 faizdən 5,5 faizə endirəcək. Həm də bunu dərhal, fransızlar kütləvi istirahətə getmədən edəcək.
Avtosfer.az xəbər verir ki, təklif Fransa vətəndaşlarına kifayət qədər maraqlı maraqlı gəlib. Belə olduğu təqdirdə həm benzin, həm də dizel yanacağı təxminən 30 avro senti ucuzlaşacaq. Beləliklə, 50 litr yanacaq alan sürücü təxminən 14 avroya qənaət edə biləcək.
Lakin bu vədə peşəkarlar çox da inanmırlar. Avropanın aparıcı avtomobil saytları yazır ki, Avropa İttifaqı qanunları bu vədin reallaşmasını qeyri-mümkün edir. 2006-cı Avropa Komissiyasının qəbul etdiyi direktivə görə ƏDV-nin minimal məbləği 15 faizdən az olmamalıdır. İstisna hal kimi 29 kateqoriya üzrə mal və xidmətlərə daha aşağı ƏDV tətbiq edilə bilər. Bu siyahıda yanacaq və enerji daşıyıcıları yer almır. Bu kontekstdə Milli Birlik Partiyasının vədi yerinə yetirilməmiş qalacaq. Əgər partiya vədini yerinə yetirmək istəsə Brüssellə uzun-uzadı danışıqlar aparmalı, bütün üzv ölkələri razı salmalıdır. Hazırki şəraitdə fransız diplomatların bunu bacaracağı real görünmür.
Marin le Pen də bu məsələ barədə danılşarkən Polşanı misal gətirirdi. 2022-ci ildə Polşada yanacağa tətbiq edilən vergi 23%-dən 8 faizə endirilmişdi. Lakin həmin dövrdə Ukrayna münaqişəsinə görə vəziyyət ağır olduğu üçün Avropa Komissiyası buna müstəsna hal kimi icazə vermişdi. 18 aydan sonra vergi yenidən 23 faizə qaldırıldı.
Vüqar
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ












