Fransanın Ermənistana verdiyi “Bastion” alınmaz qaladırmı? - FOTO

Öyrənək 24 İyun 2024 16:00 Oxunub 304
Fransanın Ermənistana verdiyi “Bastion” alınmaz qaladırmı? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistan ötən il Fransadan tədarük edilmiş 23 ədəd “Bastion” zirehli avtomobili ilə fəxr edir.  44 günlük müharibədə məblub olmuş ölkədə bu silahlar ictimai rəyə ordunun modernləşdirilməsi kimi sırınır. Bəs reallıq necədir? Bu maşınlarla Azərbaycana qarşı təhlükə yaratmaq mümkündürmü?  Hərfi mənası “alınmaz qala” olan “Bastion” özünü nə dərəcədə doğruldur. 

Açıq mənbələrdəki informasiyaya görə, bu maşınlar 2012-ci ildən istehsal edilir və hazırda 21 ölkənin arsenalında yer alır. İndiyədən istehsal olunan maşın sayı 500-ü keçib. Kütləsi 10 ton olan zirehli avtomobili 180 at gücü mühərrik hərəkətə gətirir.
Maşının zirehi isə avtomat (30 metr məsafədən), ən yaxşı halda isə kiçik çaplı pulemyot atəşindən (200 metr) qoruyur. Minadan mühafizə zəifdir. 
İşin ən maraqlı tərəfi Fransanın arsenalında bu maşınların olmamasıdır. Texnikanı Fransa xüsusi təyinatlıları test etsələr də, arsenala qəbul edilməyib. 
Ən böyük istifadəçi 71 maşınla Səudiyyə Ərəbistanıdır ki, burada “Bastion” yalnız xüsusi təyinatlıları daşımağa istifadə edilir. 
Layihə tam başa çatacağı təqdirdə ikinci böyük istifadəçi Ermənistan olacaq. 2023-cü ilin noyabrında İrəvana 23 maşın çatdırılıb. 3 texnika yaxın vaxtlarda yola salınacaq. 26 maşın isə istehsal mərhələsindədir.
Bir maraqlı məqam da bu texnikaya ciddi marağın olmamasıdır. Səudiyyəni çıxmaq şərti ilə heç kim bu silahları dövlət büdcəsi hesabına böyük partiya ilə almayıb.
Məsələn, Fransanın keçmiş müstımləkəsi Burkina-Fasoya Avropa İttifaqının maliyyə dəstəyi ilə verilmiş 12 maşından artıq ikisi terror hücumunda məhv edilib.
Kamerun, Peru, kenya, Mavritaniya, Niger, Uqanda, Çad, Tunis və Somali bu silahları ya ABŞ, ya da Avropa İttifaqının maliyyə dəstəyi ilə əldə edib.
Maraqlıdır ki, hərbi texnikaya ciddi ehtiyacı olan Ukrayna 2022-ci ilin oktyabrında bu maşınları almaqdan imtina edib. Ukrayna hərbçiləri bildiriblər ki, sözügedən texnika Rusiya ordusunun tank əleyhinə raketləri qarşısında heç nə edə bilməyəcək. Maraqlıdır ki, gələn ay bu silahların yenidən Kiyevə göndərilməsi gündəlikdədir.

Bəs bu maşınlar bizə təhdid yaradırmı? Cavab birmənalı olaraq mənfidir. 44 günlük müharibə göstərdi ki, Azərbaycan Ordusunun icra edə bilməyəcəyi hansısa tapşırıq yoxdur. 
Fransa istehsalı olan maşınları Azərbaycan Prezidenti çox gözəl xarakterizə edib: “Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”.
Bir sözlə, Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı silahlar üçün bu texnika məhz konserv bankasıdır. Ermənistan hakimiyyəti isə bu maşınlarla publikanın gözünə kül üfürməklə məşğuldur.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh