“Google”un gizli rejimindəki məlumatlarımızın məxfiliyi həqiqətən qorunur? – MÜTƏXƏSSİSDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ

Kompüterdən istifadə edərkən “Google”nin daha çox gizli rejim (inkoqnito) funksiyasından istifadə edirik və onu təhlükəsiz hesab edirik. Bəs gizli rejimdə axtardığımız, həyata keçirdiyimiz bütün əməliyyatlarla bağlı məlumatlar həqiqətən məxfi qalırmı?
Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri və İKT üzrə ekspert Elvin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, istənilən brauzerda hərəkət edərkən bizim rəqəmsal izlərimiz, yəni “cook”larımız qalmaqdadır:

“Amma gizli rejimə, inkoqnito bölümünə keçid edəndə hər hansı bir əməliyyatlar yerinə yetiririksə, brauzerlər məxfilik siyasətini qorumalıdır və burada bizim “cook”larımızı saxlamamalıdırlar, yəni rəqəmsal izlərimizi silməlidirlər. Bəzi hallarda olur ki, internet blogerləri və internet xəbərlərini yayan bəzi məhşur jurnallarda bu tip xəbərlər görürük ki, bəzi brauzerlər gizli rejimdə məlumatları saxlayırlar. Amma ki, 90% ehtimal olunur ki, gizli rejimdə bizim rəqəmsal izlərimiz brauzerlər vasitəsi ilə saxlanılmır”.

Ekspert əlavə olaraq vurğulayıb ki, gəzdiyimiz mənbələrin izləri internetdə və ya kompüterlərdə qalır:
“Amma gizli rejimdə axtarış edərkən, artıq girdiyimiz saytlar kompüterin yaddaşında qalmır”.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












