Gürcüstan Azərbaycandan 48 min ton avtomobil yanacağı idxal edib

Gürcüstan cari ilin yanvar-may ayları ərzində 502,1 min ton benzin və dizel yanacağı idxal edib. Bu da 2023-cü ilin eyni dövri ilə müqayisədə 14.4 faiz çoxdur.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalatçıları Birliyi məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə ölkəyə 251.6 min ton benzin gətirilib. İdxal olunan dizel yanacağının həcmi isə 250.5 min ton təşkil edib.
Gürcüstanın idxal etdiyi yanacağın 52.2 faizi və ya 261.9 min tonu Rusiyanın payına düşüb.
Gürcüstana ikinci ən çox yanacaq idxal edən ölkə Bolqarıstan olub – 73.6 min ton. Üçüncü yerdə 55.9 min tonla Rumıniya, dördüncü yerdə isə 48 min tonla Azərbaycan qərarlaşıb.
Hesabat dövründə Gürcüstan Belarusdan 26.9 min ton, Türkmənistandan 13.9 min ton, Yunanıstandan 11.2 min ton, Türkiyədən 2.1 min ton yanacaq idxal edib.
(banker.az)
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












