Hibrid avtomobil alanların problemlərini həll edən olacaqmı?

Köhnə avtomobillərlə bağlı qoyulan sərt qadağalar ölkəyə istehsal tarixi daha yeni olan maşınların gətirilməsinə səbəb olub.
Artıq insanlar istehlak ili köhnə yox, yeni, Avropa standartlarına cavab verən və daha çox Çin istehsalı olan avtomobillərə, xüsusilə də hibrid avtomobillərə üstünlük verirlər.
Ancaq vətəndaşlar müasir, hibrid avtomobillər alacaqları təqdirdə bu sahədə bir sıra çətinliklərlə üzləşəcəklərini düşünürlər. Belə ki, onları ölkəmizdə hibrid avtomobillər üçün kifayət qədər enerji yükləyəcək məntəqələrin, təmir edəcək ustaların olması, eləcə ev şəraitində onun elektriklə təmin edilməsi mümkünlüyü kimi suallara cavab axtarırlar.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının rəhbəri Eyyub Əliyev bildirib ki, həm elektrik, həm hibrid avtomobillərlə bağlı rəsmi servislərdə mütəxəssislər var:

“İstehsalçı zavodarda istər ehtiyat hissələri təminatı, tədarükü, istər servisin əməkdaşlarının ixtisas artırmaları baş tutub. Burada qeyri-rəsmi servislərdən söhbət getmir. İstənilən rəsmi servisdən avtomobil alan şəxs sabah onun təmirini, avtomobil hissələrini rahatlıqla təmin edə bilir.
Təmiri öyrənmək üçün göndərilən qrup əsasən Çində olur. Elektromobillərin 99 faizi Çindən gəlir. İstər Çin, istər Avropa brendləri olsun- hər biri 2-5 nəfərdən ibarət heyətini istehsalçı zavodlara ezam edib. Onlar orada avtomobilin elektronika məsələləri ilə bağlı təlim keçir, ixtisas artırırlar. Azərbaycandan gedib ixtisasartıma keçirlər, sonra da onların özündən də gəlib müəyyən bir dönəm öyrədirlər”.
Assosiasiya rəhbərinin sözləinə görə, Çin hibrid avtomobilləri enerji ilə doldurmaq üçün iki versiya var:
“Birincisi, məntəqənin özündə, ikincisi ev şəraitində mümkündür. Bu da müddətə bağlıdır ki, məntəqə ilə ev şəraitində bu zaman fərqlidir. Ev şəraitində müddət daha çox tələb olunur. Məsələn, “şarj” məntəqəsində 1-2,5 saata etdiyimiz bir işi ev şəraitində 6-7 saata edirik. Sadəcə rəsmi avtosalonlar tərəfindən xüsusi təlimatlar olur ki, onlara əməl etməklə avtomobilin düzgün formada “şarj” olunması həyata keçirilir. Xüsusi başlıqlar olur ki, onunla ev şəraitində avtomobil birbaşa enerjiyə qoşulur.
Çin avtomobil sənayesi bu gün nəinki Azərbaycanı, bütün dünyanı bürüyüb. Hətta qonşu Türkiyədə bir sıra istehsalçılar zavodlar qurmağa başlayıblar. Yəni Avropada, Norveç, Almaniya kimi ölkələrdə satışlar həyata keçirilirsə, demək, heç bir problem yoxdur. Avropanın tətbiq etdiyi standartlarla ayaqlaşa bilirlərsə, artıq biz də bunu normal qəbul etməliyik. Bizdə də artıq bu sahə genişlənib. Hazırda ölkədə 25-dən artıq rəsmi Çin avtomobil brendi fəaliyyət göstərir. Onlar rəsmi olaraq satışlarını həyata keçirirlər”.
(cebheinfo)
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO








