Honda 2025-ci ildə mopedlərin istehsalını dayandıracaq

Honda 2025-ci ilin noyabrına qədər mühərrik həcmi 50 kub və daha kiçik olan mopedlərin və o cümlədən dünyanın ən çox satılan Super Cub seriyasının istehsalını dayandıracaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Nikkei qəzeti məlumat yayıb.
Bu qərarın səbəbi daha sərt istismar standartları və işlənmiş qaz emissiyası tələblərinin tətbiqidir. Bundan əlavə, elektrik velosipedlərinin, skuterlərin və motosikletlərin geniş yayılması səbəbindən belə mopedlərin satışı indi minimum səviyyədədir.
Hazırda Honda 50 cc və daha az mühərrik həcmi olan 15 model moped istehsal edir.
Daha səmərəli katalizatorların tətbiqi bu kateqoriyalı mopedlərin qiymətlərini demək olar ki, iki dəfə bahalaşdıracaq və onları mühərrik həcmi 50-125 kub kubmetr olan modellərlə bərabər tutacaq. Honda mopedlərinin qiymətləri 156-300 min yen arasında dəyişir (indiki məzənnə ilə təxminən 1-2 min dollar).
Honda ilk Super Cub-u 1958-ci ildə buraxıb. O vaxtdan bəri, bu mopedlərdən təxminən 110 milyon ədəd istehsal edilmiş və satılmışdır ki, bu da onu dünyanın ən çox satılan mopedi edir. Bu model Yaponiyada sürətli iqtisadi artım dövründə ən vacib vasitələrdən birinə çevrilib. Bu gün də xüsusilə çatdırılma xidmətləri, qəzet çatdıran şəxslər və poçtalyonlar tərəfindən geniş istifadə olunur.
İllik Super Cub satışları 1982-ci ildə təxminən 2,7 milyona çatmış, lakin sonra tələb azalmağa başlamışdır. 2023-cü ildə Honda bu modeldən 93 min ədəd satıb. (Marja)
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO












