İnfluenserlərin yeni tələsi: Saxta reklamlarla vətəndaşlar necə aldadılır? – ƏHALİYƏ XƏBƏRDARLIQ - FOTO

Son illərdə sosial media platformalarının sürətlə inkişaf etməsi ilə influenserlərin rolu da artıb. Onlar geniş auditoriyaya sahib olduqları üçün müxtəlif brendlər və məhsulların tanıtımında əhəmiyyətli rol oynayırlar. Lakin bəzən bu nüfuzlu şəxslər izləyicilərin inamından sui-istifadə edərək saxta məhsulların, qeyri-qanuni bizneslərin və hətta dələduzluq xarakterli xidmətlərin reklamını edirlər.
Bəzi hallarda influenserlər bilmədən belə platformaların bir parçasına çevrilirlər, lakin bəziləri isə maddi qazanc naminə etik dəyərləri gözardı edərək insanları aldatmağa yönələn reklam kampaniyalarında iştirak edirlər. Saxta laboratoriya testlərindən keçməyən sağlamlıq məhsulları, piramida sxemi ilə işləyən şəbəkə biznesləri, qanunsuz qumar və mərc saytları bu tip reklamların əsasını təşkil edir. Bu cür halların qarşısını almaq və izləyicilərin hüquqlarını qorumaq üçün ciddi nəzarət mexanizmlərinə ehtiyac var.
Sosial mediada influencerlər tərəfindən yayılan saxta reklamlar və bizneslər izləyiciləri necə aldadır və bunun qarşısını almaq üçün nə etmək olar?
Mövzu ilə bağlı influenser Aytac Vəlixanova Avtosfer.az-a açıqlamasında bildirib ki, sosial media nümayəndələrinin – yəni influenserlərin birbaşa saxta linklər və ya məhsulların tanıtımını etdiklərinin şahidi olmayıb:

“Lakin ətrafımdan bəzi halların baş verdiyini eşitmişəm. Məsələn, saxta laboratoriya testlərindən keçməyən məhsulların reklam edilməsi, qumar saytlarının tanıdılması və ya şübhəli şəbəkə bizneslərinin təşviq edilməsi kimi hallar baş verib.
Bu cür halların qarşısını almağın ən effektiv yolu öncədən maarifləndirmə aparmaq və sosial media platformalarında nəzarət mexanizmlərini gücləndirməkdir. Bəzi influenserlər bu cür reklam təkliflərini rədd etsələr də, digərləri etik qaydaları pozaraq belə paylaşımlar edirlər.
Problemi həll etməyin əsas yollarından biri bu saxta saytların və qeyri-qanuni reklamların fəaliyyətini məhdudlaşdırmaqdır. Eyni zamanda, influenserlər məlumatlandırılmalı və onlara bu cür reklamların qanunsuz olduğu izah edilməlidir. Xüsusilə dövlət layihələrində iştirak edən və etibarlı hesab edilən influenserlər vasitəsilə bu məsələ ictimaiyyətə çatdırıla bilər”.
Aytac Vəlixanova son olaraq bildirib ki, bundan əlavə, influenserlər bir-biri ilə əlaqəli olduqları üçün bu barədə məlumat paylaşımı və qarşılıqlı xəbərdarlıq da effektiv ola bilər:

“Beləliklə, həm auditoriya, həm də sosial media nümayəndələri daha məsuliyyətli davranmağa təşviq edilər. Qanunvericiliyin bu sahədə gücləndirilməsi və qeyri-qanuni reklamların qarşısının alınması üçün dövlət qurumlarına müraciət etmək də vacib addımlardan biridir”.
Eltac Zülfüqaroğlu
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO










