İtaliyada zibillə işləyən superkar hazırlandı - FOTO

İtaliyanın "Bertone" şirkəti brendin 110 illiyi şərəfinə GB110 superkarını təqdim edib.
Avtosfer.az xəbər verir ki, avtomobil plastik tullantılardan hazırlanmış sintetik yanacaqla işləyə bilən mühərriklə təchiz olunub. 5,2 litrlik V10 aqreqatı 1100 at gücü hasil edir.
İstehsalçı "Select Fuel" şirkəti ilə birgə polikarbonat materiallarının motor yanacağına çevrilməsi texnologiyasını işləyib hazırladığını bildirib. Yeni model belə yanacaqla işləyən ilk hiperkardır.
Avtomobil sıfırdan yüzə 2,79 saniyəyə sürətlənir, 200 km/saat sürətlənmə isə 4 saniyədən çox vaxt aparır. Eyni zamanda, hiperkarın 300 km/saata çatması 14 saniyə çəkir. Maksimal sürət 380 km/saatdan çoxdur. Mühərrik yeddi pilləli robot sürət qutusu və tam ötürmə sistemi ilə işləyir.
"Bertone GB110"un cəmi 33 nüsxəsinin istehsalı planlaşdırılır. Hiperkarın qiyməti açıqlanmayıb.
(oxu.az)
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT















