Kaspian Motor Şou 2024 avtomobil sərgisi keçiriləcək

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) Kaspian Motor Şou 2024 avtomobil sərgisi barədə rəsmi açıqlama verdi. Sərgi 5-7 İyul 2024-cü il tarixində baş tutacaq. Sərginin daimi tərəfdaşı Azərbaycan Avtomobil Federasiyası (AAF) və Dənizkənarı Bulvar İdarəsidir. Ən yeni modellərdən ibarət ekspozisiya Bakı sakinlərinin və turistlərin sevimli məkanı – Dənizkənarı Bulvarda qurulacaq.
Avtosfer.az-ın məlumatına görə, AADA-nın rəsmi məlumatında bildirilir: «Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilmişdir. 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş və Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA bir sıra tədbirlər həyata keçirir və ya tərəfdaşlıq edir. Belə tədbirlərdən Abşeron Logistika mərkəzində təşkil olunmuş ekoloji avtomobillərin yürüş və sərgisini, Bakı Dövlət Peşə Təhsil Mərkəzində ekoloji avtomobillər mövzusunda konfrans və sərgini, Fövqaladə Hallar Nazirliyinin Akademiyasında «Elektrik avtomobillərində yanğın təhlükəsi» mövsusunda konfransı misal gətirmək olar. Kaspian Motor Şou 2024 sərgisində ekoloji avtomobillərin təşviqinə xüsusi diqqət ayrılacaq və belə modellər üçün xüsusi ayrılmış zona təşkil olunacaq.»
Xatırladaq ki, Kaspian Motor Şou 2003-cü ildən ölkənin müxtəlif bölgələrində keçirilir. Bu sərgilərdə ənənəvi olaraq, müxtəlif yarışmalar, müsabiqələr, əyləncələr və konsert təşkil olunur.
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO











