Kiçik bir səhv böyük qəzaya səbəb oldu - "Prius"un yandığı qəzada günah kimdədir? – VİDEO

Dünən günorta saatlarında paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində baş verən dəhşətli yol qəzası ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Sürücülərin belə qayda pozuntusu törətmələrinin qarşısını almaq məqsədilə istər yol polisi, istərsə də mütəxəssislər tərəfindən aparılan maarifləndirmə işlərinin bu cür hallarda nəticəsiz qaldığını demək mümkündür.
Avtosfer.az xəbər verir ki, dünən Hüseyn Seyidzadə küçəsində sürücünün manevr qaydalarını kobud şəkildə pozması əvvəlcə qəza, daha sonra isə yanğına səbəb olub. Məsələ ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı qəzanın səhər saatlarında yayımladığımız anbaan videosunu şərh edərkən deyib ki, bu cür təhlükəli hərəkətlər, manevrlər, ötmə qaydalarının kobud şəkildə pozulması belə ağır nəticələr verir.
“Körpünün üzərində əks yola çıxaraq hərəkət edən “KHAZAR” markalı avtomobilin sürücüsünün digər avtomobili görməsi məhduddur. “Prius” sürücüsü heç onu görmürdü. Bu saniyənin üçdə-birinin gətirdiyi nəticədir və toqquşma baş verir. “Toyota Prius” markalı avtomobilin sürücüsü, sözsüz ki, öz yolu ilə hərəkət edirdi. “Yol hərəkəti haqqında qanun”a nəzər salaq. Burada qeyd edilir ki, körpülərin üzərində, estakadalarda, tunellərdə piyada keçidlərinin üzərində və bir çox hallarda ötmə qadağandır. "Prius" sürücüsü qaydalarla avtomobil idarə etdiyi üçün asanlıqla avtomobildən çıxa bilir. “KHAZAR”ın sürücüsü isə heç avtomobildən də çıxa bilmir. Görüntülərdən də aydın olur ki, sürücünün sıxışıb qaldığı yerdən çıxmağına digər vətəndaşlar kömək edir”.
Elməddin Muradlı sonda onu da vurğulayıb ki, qaydaları pozmaq olmaz, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmək lazımdır.
“İndi orda kimsə registratorla videoqeydiyyat aparsa, görüntülər sosial şəbəkələrdə paylaşılsa, kimsə çıxıb, “ötüb ötüb də, burda nə var ki” deyə rəy yazacaqdı. Görürsüz, bir dəfə ötüb, iki dəfə ötüb, üç dəfə ötüb, 4-cü dəfə ötəndə belə bir hadisə baş verib. “KHAZAR” sürücüsü ağır xəsarət alıb, “Prius” sürücüsünə də zərər dəydiyini deyə bilərik. Sözsüz ki, bu hadisə ilə bağlı cinayət işi açılacaq, həmin sürücü məsuliyyətə cəlb olunacaq”.
Elməddin Muradlının qəzanı şərh etdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












