“Kola butulkalarında” satılan avtomobil yağları etibarlıdırmı? – AÇIQLAMA - VİDEO

Tez-tez yol kənarlarında, xüsusilə də rayon yollarında plastik su qablarında mühərrik yağlarının satıldığını görürük. Qiyməti 1-3 manat arasında dəyişən bu yağları əsasən avtomobilinin mühərriki yağ azaldan, yaxud da bahalı yağ almağa imkanı olmayan şəxslər istifadə edir.
Avtosfer.az-ın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı Nuru usta ilə birlikdə bu məsələyə aydınlıq gətirib. Söhbət zamanı məlum olub ki, bu yağların mənşəyi bəlli deyil. Hətta bir çox hallarda istifadə olunmuş yağlar təkrar olaraq sürücülərə satılır.
Belə ki, əsasən mühərriki yağ azaldan avtomobillərin sürücüləri bu üsula müraciət edir. 1-2 manatlıq yağları alaraq “qabağa düşmək” istəyirlər. Amma sözün həqiqi mənasında mühərrikin ömrünü azaltmaqla özlərini ciddi ziyana saldıqlarının fərqlində deyillər.
Söhbət zamanı bəlli olub ki, dəfələrlə Nuru ustanın özünə bununla bağlı müraciətlər olub. Belə ki, Babək prospektində yerləşən “VQ LUBE” yağdəyişmə mərkəzinə müraciət edən şəxslər istifadə olunmuş yağları almaq istəyiblər. “VQ LUBE” yağları keyfiyyəti olduğu üçün dəyişən zaman belə hələ də keyfiyyətini saxlayır. Lakin Nuru usta buna imkan verməyərək insanların aldadılmasının qarşısını alıb. Ətraflı videomaterialda:
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












