Kondisionerin düzgün işlədiyini necə bilmək olar?

Yay mövsümü gəldiyi üçün artıq kondisionerdən istifadə edən sürücülərin də sayı artır. Bəs hər maşında kondisioner düz işləyirmi?
Avtosfer.az xəbər verir ki, bunu yoxlamaq asandır. İsti havada termometrlə bayırdakı və salondakı temperaturu ölçmək ən sınanmış metoddur. Əgər kondisioner işə salındıqdan 10 dəqiqə sonra avtomobil salonundakı temperatur çöldəkindən 10 dərəcə Selsi aşağı düşübsə, deməli hər şey normaldır, ustaya getməyə ehtiyac yoxdur.
Əgər kondisioner işləyir, lakin deflektordan gələn hava çox da sərin deyilsə, deməli sistemdə freon azdır. Bəzən freon normal olsa da, kondensatorun çirklənməsi kondisionerin isti hava vurmasına səbəb olur.
Həzərə alaq ki, soyuducu agentin – freonun sızması normaldır. Təzə maşında ildə 10%-dək sızma ola bilər. Köhnə maşında sızma artır. Bunun üçün təzə maşında 2 ildən bir dəfə, yaşı altını ötən maşında isə hər il kondisioner sistemi yoxlanıb qulluq edilməli, qaz vurulmalıdır.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












