Kredit ödənişinin son günü bayrama təsadüf etsə, nə etməliyik? - Vəkildən açıqlama

Son günlər vətəndaşları ən çox narahat edən problemlərdən biri kredit ödənişinin bayram günlərinə düşməsi ilə bağlı bankın "qara siyahı"sına düşməsidir.
Məsələ ilə əlaqədar Avtosfer.az saytına açıqlamasında vəkil Anar Ramazanov bildirib ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə əsasən müqavilə tərəflərinin öhdəlikləri müddətlərlə məhdulaşır və müddətlərlə təsbit olunur.
.jpg)
"Mülki Məcəlləyə əsasən, əgər kredit ödənişinim son günü bayram gününə düşürsə, bu zaman ödəniş tarixi bayramdan sonrakı iş günü icra oluna bilər. Bu iş günü ola bilər ki, 1 gün, hətta 10 gün sonraya da təsadüf oluna bilər. Belə olan halda vətəndaş ödənişini gecikdirmiş sayılmır və belə olan halda həmin gün Azərbaycan Kredit Bürosunda gecikmə günü olaraq hesablana bilməz".
Hüquqşünas bildirib ki, bəzi bank və kredit təşkilatları öz müqavilələrində bənd olaraq əlavə edir ki, əgər kreditin son günü bayram gününə təsadüf edirsə, ödəniş bayramdan əvvəlki gün icra olunmalıdır.
"Müqavilədə qeyd edilən belə bəndlər Mülki Məcəlləyə ziddir. Əgər vətəndaşlar belə bir bəndlə rastlaşarsa qanunvericiliyin müvafiq maddəsinin tətbiqini tələb etməlidir. Müqavilədə belə bir bəndin çıxarılması qəbul edilmədikdə, vətəndaş bu sənədi imzalamaqdan imtina edə bilər".
Vəkil sonda onu da vurğulayıb ki, əgər vətəndaş özü də bilmədən, məlumatlı olmadan belə bir bəndin əks olunduğu müqaviləyə imza atarsa, məhkəməyə müraciət edərək bu bəndin qüvvədən düşməsini təmin edə bilər.
Səfər Əlizadə
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO












