Mal-qaranı dəmir yolundan keçirərkən buna mütləq diqqət edin - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmiləri fermerlərə mal-qaranın dəmir yolundan keçirərkən heyvanlar üçün ayrılmış xüsusi keçidlərdən istifadə etmələrini tövsiyə edib.
Avtosfer.az ADY-yə istinadən xəbər verir ki, qurum "Təhlükəsizlik həftəsi"ndə Hacı Zeynalabdin qəsəbəsində dəmir yolu yaxınlığında fəaliyyət göstərən fermerlərlə görüş keçirib.
Bildirilib ki, fermerlərə mal-qaranın dəmir yolundan keçirərkən heyvanlar üçün ayrılmış xüsusi keçidlərdən istifadə etmələri, qatarların intensiv qrafiki nəzərə alınmaqla onları dəmiryol ərazisinə nəzarətsiz buraxmamaları tövsiyə edilib.
Qeyd edilib ki, bu ilin 6 ayı ərzində qatarlar nəzarətsiz buraxılmış mal-qara ilə 19 dəfə toqquşub: "Bu hadisələr zamanı qatarlar ciddi zərər görür, nəzarətsiz buraxılan mal-qaranın sahibi isə qanunvericiliyə uyğun olaraq cərimələnir. Həmçinin hadisə nəticəsində heyvanlar tələf olur, maşinistin təcili tormozlaması nəticəsində sərnişinlər və qatar heyətinin həyatı təhlükə altına düşür, qatarların hərəkət qrafikində gecikmələr yaşanır".
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT














