Maşının rəngi yol-nəqliyyat hadisələrinə təsir edirmi? - Ekspertdən AÇIQLAMA

Yol qəzalarının əksəriyyəti qaydalara riayət olunmaması ilə bağlıdır. Lakin mütəxəssislər qeyd edir ki, maşının rəngi də yol-nəqliyyat hadisələrində mühüm rol oynayır.
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Fərhad Eyyubov Avtosfer.az-a deyib ki, avtomobillərin rəngi yol-nəqliyyat hadisələrinə müəyyən təsir göstərir:

“Günün qaranlıq saatlarında avtomobillərin sürəti dəyişir. Tünd və qara rəng olan avtomobillərin sürətini bu vaxtlarda müəyyən etmək çətin olur. Amma açıq rəngli maşınlar sürəti müəyyən etməkdə sürücüyə köməklik göstərir”.
Eskpert onu da qeyd edib ki, bu baxımdan, taksi xidməti göstərən avtomobillərdə açıq rənglərə üstünlük verilir: “Diqqət etsək, avtomobillərin üzəri parlaq rəngdə olur. Bundan o nəticəyə gəlmək olar ki, rənglərin də müəyyən bir formada qəzaların baş verməsində rolu var”.
Dünya səviyyəsində aparılan təhlillərə görə, sutkanın qaranlıq vaxtlarında qeydə alınan qəzalarda iştirak edən avtonəqliyyat vasitələrinin 70 faizdən çoxu tünd rəngdə olur.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












