Maşının sürətlər qutusundakı titrəmələr hansı təhlükəni bildirir? – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ - FOTO

Avtomatik transmissiyalı nəqliyyat vasitələrində ötürmənin dəyişdirilməsi zamanı maşının bir sıra konstruksiyalarında yaranan titrəmə və ya silkələnmə problemi bir çox sürücünün qarşılaşdığı texniki nasazlıqdır. Bu hal nəqliyyat vasitəsinin hərəkət dinamikasına təsir edir və müəyyən hallarda ciddi nasazlıqların ilkin xəbərçisi ola bilər.
Avtosfer.az xəbər verir ki, avtomatik transmissiyalı nəqliyyat vasitələrində ötürmə dəyişərkən – xüsusilə hərəkətə başlayarkən və aşağı sürət zamanı keçiddə vibrasiya müşahidə edilə bilər. Bəzi hallarda bu titrəmə keçici xarakter daşıyır. Davamlı hal avtomobilinizin transmissiya sistemində ciddi texniki problemin olduğunu göstərə bilər.
Titrəməyə səbəb olan əsas amillər:
Texniki xidmətin ləngiməsi - avtomobil uzun müddət texniki qulluqdan kənarda qaldıqda, ötürmə sistemində aşınma və nasazlıqlar meydana gələ bilər. İkinci əl avtomobil alarkən bu məsələyə xüsusi diqqət yetirmək tövsiyə olunur.
Transmissiya detallarının sıradan çıxması - mühərrik və transmissiya sistemindəki asqı və yataqlar köhnəldikdə və funksiyasını itirdikdə, titrəmə birbaşa avtomobilin salonuna ötürülür. Bu hissələrin yenilənməsi problemi aradan qaldıra bilər.
Transmissiya yağının sızması - avtomobilin alt hissəsində yağ ləkələri müşahidə edilirsə, bu transmissiya yağının sızmasının göstəricisidir. Bu halda dişli çarxlar arasında sürtünmə artır və ötürücü dəyişərkən təkan hiss olunur.
Tormoz qəliblərinin köhnəlməsi - tormoz qəliblərinin aşınması da ötürücü dəyişiklikləri zamanı vibrasiyaya səbəb ola bilər. Xüsusilə 1-ci və 2-ci ötürmələrə keçid zamanı bu hal daha qabarıq hiss edilir.
Belə hallarda ilk olaraq nəqliyyat vasitəsinin texniki xidmətə təqdim edilməsi tövsiyə olunur. Vaxtında müdaxilə vibrasiyanın qarşısını almaqla yanaşı, transmissiyada daha ciddi nasazlıqların da qarşısını almış olur.


Eltac Zülfüqaroğlu
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












