Maşınınızda bu sistem aktivdirsə, toqquşma riskləri aşağıdır – ARAŞDIRMA - FOTO

Avtomobil texnologiyaları günbəgün inkişaf edir və təhlükəsizliyi artırmaq üçün yeni sistemlər təqdim olunur. Bu sistemlər arasında ABS, ESP və toqquşmadan yayınma sistemi (AEB - Automatic Emergency Braking) xüsusi əhəmiyyətə malikdir.
Avtosfer.az xəbər verir ki, ABS və ESP artıq bir çox avtomobildə standart olsa da, toqquşmadan yayınma sistemi daha çox yuxarı seqment modellərdə standart, aşağı seqment modellərdə isə opsional təklif olunur.
Toqquşmadan yayınma sistemi nədir və necə işləyir?
Toqquşmadan yayınma sistemi avtomobilin qabaq hissəsində yerləşdirilən sensorlar vasitəsilə qarşıdakı nəqliyyat vasitəsini və məsafəni təqib edir. Bu sistem adətən sürət 30 kilometr-saatdan yuxarı olduqda aktivləşir. Sistem sürücünü həm vizual (ekranda məsafə göstəricisi), həm də səsli xəbərdarlıqlarla məlumatlandırır. Avtomobil sürücünün diqqət monitorinqi sistemi ilə təchiz olunduqda xəbərdarlıq daha effektiv olur.
Bu texnologiya qəza riskini əhəmiyyətli dərəcədə azaldır və qarşıdakı avtomobillə toqquşmanın qarşısını almağa kömək edir. Hətta qəza baş verərsə belə, zərərin miqdarı minimuma endirilir və avtomobil sahibinin təqsirli bilinməsi ehtimalı azalır.
Bu təhlükəsizlik sistemi bir çox avtomobil istehsalçısı tərəfindən tətbiq olunur. Euro NCAP təhlükəsizlik testlərində yüksək bal toplamaq üçün bu sistem mühüm rol oynayır. Aşağıdakı markalarda və modellərdə bu sistemə rast gəlmək mümkündür:
“Seat” – Ibiza və Leon modelləri;
“Volvo” – demək olar bütün modellərdə;
“Mercedes-Benz”, “BMW”, “Audi” – əksər modellərdə;
“Volkswagen” “Golf”, “Jetta”, “Touareg” və “Arteon” (2017-dən etibarən);
Bu sistem bəzi hallarda standart, bəzilərində isə əlavə avadanlıq kimi təqdim olunur. “Toyota” isə benzinlə işləyən modellərində bu funksiyanı təklif edir.

“Volkswagen PreCrash 360°” təhlükəyə qarşı qabaqlayıcı tədbir görülməsi üzrə usta texnologiyalardan biri hesab edilir. “PreCrash 360°” sistemi toqquşma ehtimalı zamanı avtomatik müdaxilə edən qabaqlayıcı təhlükəsizlik texnologiyasıdır. Bu sistem qəza baş verməzdən 2 saniyə əvvəl aktivləşir və bir sıra tədbirlər görür: Bütün şüşələr avtomatik bağlanır, sərnişinlərin təhlükəsizlik kəmərləri tarımlanır, qəza işıqları yanır və səs siqnalı verilir.
Şüşələrin azacıq açıq saxlanması hava yastığının yaratdığı təzyiqi azaltmaq üçündür.
Bu sistemin əsas məqsədi qəza anında sərnişinlərin maksimum təhlükəsizliyini təmin etməkdir. “PreCrash 360°” yalnız sürüş zamanı deyil, həm də avtomobil dayanarkən və işə salındıqda aktiv olur. Beləliklə, təkcə yol-nəqliyyat hadisələrindən deyil, digər potensial təhlükələrdən də qoruma təmin edilir.
Avtomobillərdə toqquşmadan yayınma sistemi və PreCrash kimi texnologiyalar artıq lüks deyil, təhlükəsizlik baxımından zərurətə çevrilir. Bu cür sistemlər yol qəzalarının qarşısını almaqda və insan həyatının xilas edilməsində mühüm rol oynayır. Gələcəkdə daha çox avtomobil modelində bu sistemlərin standart komplektasiyada olması gözlənilir.
Eltac Zülfüqaroğlu
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...











