“Mən gələcəyəm” - uşaq və yeniyetmələri yol qəzalarından qoruyaq adlı layihə başladı

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi “Mən gələcəyəm”: Uşaq və yeniyetmələri yol qəzalarından qorumaq üçün media vasitəsilə maarifləndirmə və təbliğat adlı layihənin icrasına başlayıb.
Layihə yol qəzalarında azyaşlıların xəsarət alması və həyatını itirməsinin qarşısının alınması məqsədilə həm maaifləndirici məqalələr, həm radio vasitəsilə təbliğat, həm də sosial xarakterli materiallar hazırlanacaq.
Son illər avtomobillərin artması, eyni zamanda qeyri-peşəkar sürücülər yol qəzaları probleminin dərinləşməsinə zəmin yaradır. Xüsusilə paytaxt ərazisində nəqliyyat vasitələrinin artımı, küçə və prospektlərin dəyişməsi, piyadaların hərəkəti üçün bəzi halalrda infrastrukturun zəif olması da qəzaların başvermə səbəbləri sırasındadır. Dayanma-durma qaydalarını pozaraq yolun hərəkət hissəsində avtomobili park edən sürücülər bir çox hallarda piyadaların intensiv avtomobil axını olan yollara çıxmasına səbəb olur. Nəticədə piyadavurmalar baş verir.
Təəssüf ki, azyaşlıların qəfil yolun hərəkət hissəsinə qaçması ilə baş verən qəzalar da az deyil. Bu da xüsusilə yol kənarlarında yaşayan insanlara daha ciddi nəzarət mexanizmi tətbiq etməyi zəruri edir.
Ən ciddi problemlərdən biri də kütləvi informasiya vasitələrində bu mövzunun aktual olmamasıdır. Media gündəlik qəzaların statistik məlumatlarını verməklə kifayətlənir. Bunu yaradan səbəblərin aradan qalddırılması istiqamətində maarifləndirici materiallar az dərc olunur.
Layihə yuxarıda sadalanan problemlər istiqamətində konkret tədbirləri həyata keçirərək nəticələr əldə etməyi qarşısına məqsəd qoyub.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












