Mətbuat prospekti və Salyan şosesində təmir işləri davam etdirilir - FOTO - VİDEO

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinədək) təmir işləri davam etdirilir.
Qeyd olunan hissələrdə artıq köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə piyada səkilərinin yenilənməsi işləri yerinə yetirilib.
Texnoloji ardıcıllığa uyğun olaraq qeyd olunan hər iki yolda hazırda yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
Qeyd edək ki, aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün ərazilərə lazımi sayda qüvvə cəlb edilib.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT


















