Metro və avtobuslarda istidən ürəyi gedən insanlara nə edək? - AÇIQLAMA

İnsanın orqanizmi üçün ən komfortlu temperatur 20-24 C sayılır. Temperatur artdıqda, xüsusilə də yüksək rəqəmlərə çatdıqda bu insan sağlamlığı üçün ciddi risk faktoru sayılır. İsti havalarda insan orqanizmi tərləmə ilə əlaqədar çox miqdarda su, duz və minerallar itirir. Bunun isə ürək-damar sisteminə mənfi təsiri olur.
İstidə damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gələ bilər və bütün bunlar da ürək tutması, insult və infarktın riskini xeyli artırır.
Kim risk qrupuna daxildir?
Yaşı 50-dən yuxarı olan insanlar, siqaret çəkənlər, artıq çəki və piylənmədən əziyyət çəkənlər, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlar. Bu qrup insanlarda isti havada ürək problemlərinin riski daha yüksəkdir.
Son zamanlar isə havaların kəskin istiləşməsi səbəbindən metro və avtobuslarda, insanların sıxlıq təşkil etdiyi ictimai nəqliyyatlarda istidən ürəkgetmə, səhhətin pisləşməsi, hətta infarkt halları ilə tez-tez qarşılaşırıq.
Bəs, bu hallarda yaxınlıqda olan insanlar nə etməlidir? Hansı ilkin tibbi yardım göstərilməlidir?
Bu barədə sualı cavablandıran kardioloq Aynur Əlizadə bildirib ki, bu hallarda heç bir ilkin yardım göstərilməli deyil:
"İsti havada avtobus və metroda insanlar əksər hallarda təzyiqin düşməsi səbəbi ilə bayılırlar. Yay aylarında əsasən qış aylarının əksinə olaraq təzyiqin aşağı olması müşahidə olunur. Qapalı, havasız yerlərdə uzun müddət ayaq üstə, eyni vəziyyətdə durduqda təzyiq düşür və bayılma ilə nəticələnir. Belə hallarda həmin şəxsi daha havalı bir yerə çıxartmaq, başını yüksək olmayan, aşağı yerə qoymaq lazımdır. Və hər bir halda səbəbini dəqiqləşdirmək gərəkdir. Bunun üçün təcili yardıma müraciət etmək vacibdir. Çünki bayılmanın səbəbi hər zaman ani təzyiq düşməsi olmur. Altda yatan daha ciddi ürək problemləri, aritmiyalar ola bilər.
Heç bir müdaxilə edilməməməlidir. Xəstə sadəcə açıq havada, uzanıqlı vəziyyət saxlanılmalıdır".
(lent.az)
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz












