Metroda qatarların gəlmə vaxtı niyə göstərilmir? – AÇIQLAMA

Bakı metrosunun istifadəçilərini daim bir sual düşündürüb: Hərəkət cədvəlini göstərən monitor qatarın neçə dəqiqəyə stansiyaya çatacağını niyə göstərmir? Halbuki bu tablolarda qatarın stansiyadan getdiyi vaxt göstərilir.
Dünyanın bir çox ölkələrində qatarların neçə dəqiqəyə çatacağını bilmək olur.
Bəs Bakı Metropolitenində bu sistem niyə quraşdırılmır?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya danışıb.
O bildirib ki, Bakı Metropolitenindən istifadə edən sərnişinlər qatarların gəlib-getmək vaxtından asılı olmayaraq, mövcud tablolarda qatarın yubanmasını və ya tez gəlməsini müəyyən edə bilirlər:
“Sərnişin məmnunluğu baxımından danışdığımız məsələ qiymətləndirilməlidir. Bununla bağlı araşdırılma aparılır. Tablolarda göstərilən rəqəmlər metropoliten işçiləri üçün nəzərdə tutulub. O tablo sərnişinə aid deyil.
Ümumən sistemi dəyişmək və ən qabaqcıl olanını tətbiq etmək üçün böyük maliyyə lazımdır. Bu məsələnin aktuallığı o vaxt ola bilər ki, metropoliten üçün xüsusi əhəmiyyət kəsb etsin. Hələ ki bu məsələ prioritet deyil. Çünki sərnişinlərin təhlükəsizliyi və məlumatlılığı baxımından mövcud infrastruktur tələbləri önəmlidir. Qatarların təmiri, tikintisi, təhlükəsizliyi daha vacibdir”.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












