Mühərrik yağının vəzifələri nədən ibarətdir?

Bu sualı istənilən şəxsə verdikdə ilk cavab belə olacaq: yağlamaq. Cavab doğru olsa da, yarımçıqdır.
Avtosfer.az xəbər verir ki, mühərrik yağınının başlıca funksiyası sürtünən detalların arasında təbəqə yaradaraq sürtünməni minimuma endirməkdir. Yağsız mühərrik cəmi bir neçə dəqiqə işləyə bilər. Lakin bu, yeganə funksiya deyil.
Yağ həm də istilik daşıyıcısıdır. O qızğın detallardakı (əsasən silindrlər başlığı) istiliyi soyuq detallara (blok) ötürərək istiliyin tənzimlənməsinə kömək edir. Qızmış yağ həm də karterə qayıdaraq burada soyuyur, təmizlənir və yenidən detallara qayıdır. Bu funksiya hava ilə soyudulan mühərriklər üçün həyati vacibdir. Burada su olmadığı üçün soyutma funksiyasını da yağ yerinə yetirməli olur.
Yağın kompressiya yaratmaq funksiyası da əvəzolunmazdır. Silindr halqaları arasına dolan yağ kipləşmə yaratdığı üçün sıxma taktında kompressiya yaranır. Bu funksiyanı işə təzə başlayan mühərrik ustaları daha yaxşı bilirlər.
Nəhayət, mühərrik yağı həm də təmizləyici funksiya yerinə yetirir. Sürtünən detallarda yaranan metal yonqarı yağla birlikdə karterə çökür, sonra filtrdən keçərək təmizlənir və təkrarən yüksək təzyiqlə detallara ötürülür. Eyni zamanda keyfiyyətli yağ mühərrikdə qatran əmələ gəlməsinin də qarşısını alır.
Bir sözlə, ilk baxışda çox da əhəmiyyətli görünməyən maye mühərrikin yüz minlərlə kilometr problemsiz işini təmin edir. Bunun üçün də mühərrik yağını vaxtı-vaxtında, həm də keyfiyyətli yağla dəyişmək zəruridir.
Vüqar Yaşaroğlu
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO










