Mühərrikdən çıxan tüstü hansı nasazlıqlardan xəbər verir? – XƏBƏRDARLIQ - FOTO

Avtomobil sahibləri üçün mühərrikdən çıxan tüstünün rəngi bəzən çox şey deyə bilər. Çoxumuz bu tüstünü görəndə sadəcə havaya qarışdığını düşünsək də, əslində, bu, mühərrikdə baş verən nasazlıqların xəbərçisi ola bilər.
Avtosfer.az xəbər verir ki, mühərrikdən çıxan tüstünün rənginə diqqət etmək, avtomobilinizdə potensial problemləri vaxtında aşkarlamağa və daha böyük nasazlıqların qarşısını almağa imkan verir.
Benzin mühərriklərində tüstü rəngləri nə deməkdir?
Əgər benzinlə işləyən avtomobilinizdən qara və ya boz rəngli tüstü çıxırsa, bu, yanacağın tam yanmaması ilə bağlı ola bilər. Belə hallarda tıxanmış hava filteri və qidalandırma sistemində nasazlıq ehtimalı yüksəkdir. Eyni zamanda alışdırma anının düzgün qurulmaması da bu cür tüstünün yaranmasına səbəb ola bilər.
Mavi tüstü adətən mühərrik yağının yanma kamerasına sızması nəticəsində yaranır. Bu, porşen halqalarının, klapanların və ya silindr divarının aşınmasından xəbər verə bilər. Əgər avtomobilinizdə bu rəngdə tüstü görürsünüzsə, vaxt itirmədən servisə müraciət etməyiniz məsləhətdir.
Digər tərəfdən, ağ rəngli tüstü mühərrikdə soyuducu mayenin yanma kamerasına daxil olması ilə əlaqədar ola bilər. Bəzən soyuq mühərriki işəsalma zamanı bu, təbii hal sayılsa da davamlı olaraq ağ tüstü görürsünüzsə, bu, araqatın zədələnməsi və ya silindrlər başlığında çatların yaranması ilə bağlı ola bilər.
Dizel mühərriklərdə tüstü daha ciddi siqnallardır. Dizel mühərriklli nəqliyyat vasitələrində tüstünün rəngi nasazlıq barəsində mühüm məlumat verir. Qara və ya boz tüstü, yanacağın natamam yanması ilə bağlıdır və adətən forsunkalardakı nasazlıqdan, tıxanmış hava filtrindən və ya yanlış yanacaq növündən qaynaqlana bilər. Bəzən, mühərrikin çox qızması da buna səbəb ola bilər.
.jpg)
Mavi tüstü mühərrik yağı ilə əlaqəlidir və mühərrikdə yağlanan detalların – porşen halqaları və klapanların aşındığını göstərə bilər. Bəzən isə bu, sadəcə olaraq mühərrik yağının normadan artıq olmasına görə də baş verir və qısa müddətdə keçib gedir.
Ağ tüstü isə Dizel mühərriklərdə, adətən, yanacağın düzgün yanmaması nəticəsində yaranır. Buna mühərrikin çox soyuq olması, yanacaq nasosu və forsunkaların nasazlığı və ya püskürmə anının səhv qurulması zəbəb ola bilər.
Nəticə etibarilə, avtomobildən çıxan tüstü təsadüfi hal deyil – bu, avtomobilinizin sizinlə "danışma üsuludur". Tüstünün rəngi və sıxlığı ilə mühərrikin içində baş verənləri müəyyən etmək mümkündür. Belə hallarda nə qədər tez reaksiya versəniz, potensial nasazlıqları vaxtında aradan qaldıra və avtomobilinizin daha uzunömürlü olmasına töhfə verə bilərsiniz.
Eltac Zülfüqaroğlu
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO
Aeroport yolunda kim hansı zolaqla hərəkət etməlidir? – Mütəxəssis AÇIQLADI - VİDEO
Avtomobil idarə edən sürücünün diqqəti hansı səbəblərdən pozulur? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Sürücüləri cərimələtdirən piyadalarla necə mübarizə aparılmalıdır? – Ekspert İZAH ETDİ - VİDEO
Sürücülərin əhvalı onların avtomobil idarə etməsinə təsir edir? – Mütəxəssis RƏYİ - VİDEO
Elektromobillərin salonuna su sızsa, bunu mütləq etməlisiniz – MÜTƏXƏSSİS - VİDEO
Yol xəritələrindəki uyğunsuzluqlar vətəndaşları çaşdırır - EKSPERT
Yazda ağaclardakı bu yapışaqn maddə maşınınıza ziyan vura bilər – TÖVSİYƏ - FOTO








