Mühərriki söndürmədən dayanan və 20 km-dən artıq sürənlərin diqqətinə! - CƏRİMƏLƏR VAR

Yaşayış zonalarında və həyət ərazilərində xüsusi qaydalar var ki, əksər sürücülər hələ də onlardan xəbərsizdirlər.
Öncə qeyd edək ki, yaşayış zonalarının giriş və çıxışları müvafiq olaraq 5.51 və 5.52 nişanları ilə işarələnir. Avtosfer.az xəbər verir ki, yaşayış zonası mexaniki nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılan və piyadaların hərəkətinə üstünlük verilən nisbətən qapalı ərazilərdir. Qeyd etdiyimiz 5.51 və 5.52 nişanları olmadan hər hansı ərazi yaşayış zonası sayılmır və orada yaşayış zonasına aid hərəkət qaydalarına riayət edilməsi tələb oluna bilməz. Qeyd edək ki, yaşayış zonalarında piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar.
Yaşayış zonasında 20 kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması qadağandır. Bu qaydaların pozulmasına görə, İnzibati Xətalar Məcəlləsində cərimələr də nəzərdə tutulub. Belə ki, sürmə təlimi keçməyə görə 40 manat, mühərriki söndürmədən, habelə icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durmasına görə 20 manat cərimə nəzərdə tutulub.
Eyni zamanda qeyd edək ki, bu tələblər həyət ərazilərinə də şamil edilir.
Bəs həyət ərazisi dedikdə nə başa düşülür?
Həyət ərazisi yaşayış zonasına nisbətən daha kiçik və daha qapalı olması ilə fərqlənir (bəzən həyət ərazisi yaşayış zonasının tərkib hissəsi olur). Həyət ərazisi də nəqliyyat vasitələrinin bir tərəfdən daxil olaraq o biri tərəfdən çıxmaqla keçib getməsinin yol verilmədiyi (bəzən mümkün olmadığı) qapalı ərazidir. Həyət ərazisində yaşayış evləri, ticarət və ictimai iaşə obyektləri, təhsil və tibb müəssisələri, oyun meydançaları və istirahət guşələri ola bilər. Lakin bəzən sadaladığımız bu cür ərazilərdən küçə və ya prospektlər salınır. Bu cür yerlər həyət ərazisi sayıla bilməz. Hər bir halda elə yerə həyət ərazisi demək olar ki, oranın yol, küçə, prospekt olmadığı aşkar surətdə görünsün.
Könül
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












