Neftçalada “Müasir Azərbaycan Qadını" adlı layihə keçirildi - FOTO

21 iyun 2024-cü il tarixində Neftçala rayonunda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliynin maliyyədəstəyi ilə “Müasir Azərbaycan Qadını” İctimaiBirliyi “Erkən nikahlar qadın hüquqlarının pozulması kimi” adlı layihə 30 nəfərin iştirakı ilə rayonun mərkəzi kitabxanasında keçirildi.
Tədbirdə layihə rəhbəri Kəmalə Muradlı layihənin əsas məqsəd və vəzifəsi haqqında məlumat verdi və bildirdi ki, beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması kimi hesab olunur, Azərbaycan Respublikasının qanunvericiliyinə görə yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayıla bilər. Nikaha daxil olmaq kişi və qadınlar üçün 18 yaş həddi müəyyən edilib. Qadın və uşaq hüquqlarının pozulduğunu, gələcəkdə belə nikahdan doğulan uşaqların müxtəlif xəstəliklərlə üzləşdiyini gənc qadınların fiziki, mənəvi və psixoloji sarsıntılara məruz qaldığı, erkən nikahlara təhrik edilən qızların hüquqlarının müdafiəsi mexanizmi izah edildi.
Çıxış üçün söz layihənin hüquqşünası “Hüquqşünas Qadınlar Assisosiyası” İctimai Birliyinin rəhbəri Xanım Əhmədzadəyə verildi. Hüquqşünas məcburi nikaha cəlb edilmə ilə bağlı qanunda nəzərdə tutulan Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsində qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni ehtiva edən sanksiyalaşma haqqında məlumat verdi. Eləcə də qeyd etdi ki, valideyinlər qız övladlarının erkən yaşda ailə qurmasına yox, peşə sahibi olmasına çalışmalıdırlar.
Tədbirdə iştirak edən Neftçala rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun Baş inspektoru Yalçın Qafarov rayonda olmuş son hadisələr və statistik məlumatlar haqqında iştirakçıları məlumatlandırdı.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
















