Nəqliyyat vasitələrinin sükanları niyə ağırlaşır? – AVTOMOBİL USTASI SƏBƏBLƏRİ AÇIQLADI

Nəqliyyat vasitələrində sükanın ağırlaşması sürücülər üçün çətin və narahatedici bir problem olaraq ortaya çıxır. Bu vəziyyət həm sürüş, həm də idarəetmə rahatlığını azalda bilər.
Bəs sükanın ağırlaşmasına, onun idarəetməsinin çətinləməsinə səbəb olan faktorlar hansılardır? Sükan ağırlaşması sürücülər üçün nə qədər təhlükəlidir?
Mövzu ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, son günlər, bu, bir çox sürücünün rastlaşdığı ən çox yayılan problemlərdəndir:

“Avtomobillərdə sükan idarəetməsi iki növə bölünür: elektron idarəetmə və hidravlik, yəni yağ təzyiqi ilə idarəetmə. Elektron idarəetmə sistemlərində sükanın ağırlaşması yalnız elektrik enerjisi kəsildikdə və ya avtomobildə generatorun fəaliyyətsizliyi səbəbindən baş verə bilər. Bu vəziyyətlərdə belə, sükanın ümumiyyətlə idarəolunmaz hala gəlməsi və qəza yaratması çox nadirdir, hətta belə bir hadisə tarixdə heç vaxt baş verməyib, deyə bilərik. Bizim təcrübəmizdə də belə bir hal müşahidə olunmayıb”.

Sahil usta həmçinin vurğulayıb ki, yağ təzyiqi ilə idarəetmə sistemində isə süksn hidravlik komponentlər, məsələn, kipkəclərin sıradan çıxması və ya yağ sızmalarından dolayı ağırlaşa bilər.
“Bu o demək deyil ki, sükan tamamilə kilidlənir, sadəcə idarə edilməsi çətinləşir. Hidravlik sistemdə təzyiqin zəif olması da sükanın ağırlaşmasına səbəb ola bilər. Belə bir vəziyyət meydana gəlsə də bu heç vaxt sükanın tamamilə idarəedilməz hala gəlməsinə və qəza şəraiti yaratmasına səbəb olmaz. Hər hansı bir ağırlaşma varsa, ustaya müraciət etmək lazımdır, amma bu vəziyyət qəzlara səbəb ola biləcək qədər qorxulu deyil”.
Fidan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












