Paytaxtda kartsız işləyən nə qədər AVTOBUS qalıb? – RƏSMİ

Son illər Azərbaycanda avtobus parkı genişlənsə, yeni avtobusların gətirilməsi istiqamətində ciddi işlər aparılsa da, marşrutların kart sisteminə keçirilməsi aktual olaraq qalır. Paytaxtda hələ də nağd ödənişlə fəaliyyət göstərən avtobuslara rast gəlirik. Xüsuilə Bakıətrafı qəsəbələrdə vəziyyət bərbad durumdadır. Ətraf qəsəbələrə işləyən avtobusların həm istismar müddəti bitib, həm də pik saatlarda 30-40 dəqiqə gecikmə ilə gəlirlər. Bu da sərnişinlərdə haqlı olaraq narazılıqlar yaradır. Halbuki cavabdeh qurum hələ 2019-cu ildə bütün avtobusların il sonuna qədər kart sisteminə keçəcəyini açıqlamışdı. Həmin müddətdən 5 il keçməsinə baxmayaraq, problem eyni qalır.
Məsələ burasındadır ki, yollarda yaranan tıxaclara, baş verən qəzalara əsasən dayanacaqlarda saxlamayan, bir-birləri ilə qəpik yarışına çıxan, belə avtobuslar səbəb olurlar.
Bəs, maraqlıdır, paytaxtda nağd ödənişlə fəaliyyət göstərən avtobusların sayı nə qədərdir?
Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bizim.Media-nın sorğusunu belə cavablandırıb:
“Ümumilikdə 115 marşrut üzrə 1824 avtobusda nağdsız ödəniş edilməsi mümkündür. Hazırda fəaliyyət göstərən marşrutların 64%-ində nağdsız ödəniş sistemi tətbiq olunur”.
AYNA-nın açıqlamasından belə aydın olur ki, marşrutların 36 faizi nağd ödənişlə fəaliyyət göstərir. Qurum nağd ödənişlə işləyən avtobusların konkret sayını açıqlamasa da, kiçik hesablama kifayət edir ki, bu rəqəmin neçə olduğunu bilək. Hesablamalarımıza görə kartsız işləyən avtobusların sayı 1026 -dır.
Qeyd edək ki, sözügedən mövzu ilə bağlı 2021-ci ildə Bizim.Media-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirmişdi ki, kartsız işləyən marşurutların sayı 90-dır.
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz












