Polis əməkdaşları Saatlıda maarifləndirici görüş keçirdi - FOTO

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qıraqlı və Soltanabad kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşlərdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Hikmət Vəliyev və digər iştirakçılar dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən söz açıblar. Bildirilib ki, bütün təhsil müəssisələrində şagirdlərlə bu istiqamətdə görüşlər keçirilir, gələcəyimiz olan fidanlara zərərli maddələrin mənfi cəhətləri barədə geniş məlumatlar verilib. Həmçinin, ölkə ərazisində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində keçirilən qətiyyətli əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olan hər bir şəxs ifşa olunaraq məsuliyyətə cəlb olunur.
Görüşlər zamanı şöbə rəisi Respublika Fənn Olimpiadasında biologiya fənni üzrə fərqlənərək ikinci yerin sahibi olan Soltanabad kənd məktəbinin 10-cu sinif şagirdi Aysel Səfərovanı təbrik edərək hədiyyələr təqdim edib və təhsilində uğurlar arzulayıb.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT

















