Qarabağ universitetinin tələbələrinə ŞAD XƏBƏR

Gələcəkdə Qarabağ Universitetində təhsil alacaq tələbələr də "Smart tələbə kartı"na sahib ola bilərlər.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib.
Onun fikrincə, bu, işğaldan azad edilmiş ərazilərdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi üçün müasir həll yollarından biri ola bilər.
T.Rüstəmovun sözlərinə görə, təqaüdlərini "Smart tələbə kartı" ilə alacaq tələbələr əlavə üstünlüklər qazanacaqlar:
"Məsələn, onlar Bakı və Xankəndi şəhərləri arasında ictimai nəqliyyatda rəqəmsal ödənişlərdə endirim əldə edəcəklər. Həftə sonları isə tələbələr Şuşa şəhərində olan Mehmandarovun ev muzeyinə və digər muzeylərə, mədəniyyət ocaqlarına bu tələbə kartı ilə endirimli daxil ola biləcəklər. Bundan başqa, onlar ölkəmizdə ilk dəfə olaraq Xankəndi şəhərində açılacaq və ancaq nağdsız ödənişləri qəbul edən təsərüfat subyektlərində həmin kartla ödəniş edəcəklər. Şəhərdə ictimai iaşə obyektlərində (kinoteatr, kafe, restoran və s.) isə həmin kartla biometrik ödəniş edib xidmətlərdən istifadə etmək mümkün olacaq. Qarabağ universitetinin tələbələri Xankəndi şəhərində "Pənahxan" adlı kitab mağazasında biometrik ödəniş edərək həftəsonu mütaliə etməyə kitab alacaqlar".
"Digər təhsil ocaqlarının son 50 ildə rəqəmsal ödənişlər sahəsində getdiyi yol çox qısadır. Əzmkarlıqla bir nöqtədən mütləq başlamaq lazımdır, əks halda yeni innovatorlar olan cəmiyyətin yetişdirilməsi sadəcə bir yuxu olacaq", - deyə o qeyd edib.
(report)
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO
Xaricilər Bakıda niyə maşın sürmək istəmir? – Mütəxəssis səbəbləri AÇIQLADI - VİDEO
Bu yolda manevr etmək qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Avtomobilə taxılan üzlüklər qəza riskini artırır? – ARAŞDIRMA
Bu manevr sürücünü qəza ilə üz-üzə qoya bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bakıda sürücülər üçün gizli təhlükə – Sağa dönərkən DİQQƏT - VİDEO










