Qarabağda minatəmizləmə prosesinə xərclənən pulun məbləği AÇIQLANDI

"Qarabağ ərazisinin minalarla çirkləndirilməsi nəticəsində 800 min nəfər keçmiş məcburi köçkün öz evlərinə qayıtmaq hüququndan müvəqqəti məhrum olub".
Avtosfer.az xəbər verir ki, bunu Bakıda keçirilən Minatəmizləmə Fəaliyyəti üzrə Beynəlxalq Konfransda Prezidentin xüsusi tapşırılar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
O diqqətə çatdırıb ki, 2020-ci ilin noyabrından həmin ərazilərdəki mina partlayışları zamanı 67 nəfər həlak olub, 293 nəfər isə yaralanıb.
"Qarabağda quruculuq işləri nəticəsində həmin ərazilərdə infrastruktur obyektlərin eləcə də inşası üzrə genişmiqyaslı işlər həyata keçirilib. Eyni zamanda Ermənistanla normallaşma prosesi üzrə də işlər həyata keçirilir. Azərbaycan bu sahədə üzərinə düşən bütün tədbirləri görür. Onu da qeyd etmək istəyirəm ki, Qarabağ ərazisinin minalarla çirkləndirilməsi nəticəsində 800 min nəfər keçmiş məcburi köçkün öz evlərinə qayıtmaq hüququndan müvəqqəti məhrum olub. Qarabağda minatəmizləmə prosesinə indiyədək 349,1 milyon dollar vəsait xərclənib. Bu vəsaitin 16,1 milyonu beynəlxalq mənbələrdən daxil olub. Hazırda həmin ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bu gün bir sıra ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin minalardan təmizlənmə prosesinə dəstək verir. Mən bu mürəkkəb prosedə ANAMA-nın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bu gün Qarabağın minasızlaşdırılmasında xanım minatəmizləyənlərimiz də iştirak edir. Minasızlaşdırma prosesi ona görə sürətlə davam etdirilir ki, artıq keçmiş məcburi köçkünlərimiz mümkün qədər tez bir zamanda öz evlərinə qayıda bilsinlər".
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












