Qatarın qarşısına çıxan at 109 nəfərin ölümünə səbəb oldu - FOTO

Heyvanların nəqliyyat vasitəsinin yoluna çıxması əksər hallarda qəza ilə nəticələnir. Avtomobil yolunda qəzada ölüm az olsa da, dəmir yolunda risk daha böyükdür.
Avtosfer.az xəbər verir ki, keçmiş SSRİ-də ən böyük dəmir yolu qəzalarından biri də məhz atın relslərin üzərində gəzişməsi nəticəsində baş verib.
6 avqust 1952-ci il. Rusiyanın şərqindən qərbinə hərəkət edən 68 vaqondan ibarət qatar gecə saatlarında Moskva vilayətində sürətlə hərəkət edir. Qatarda 300-dən çox kursant, əsgər və çağırışçı vardı. Maskalanma üçün onlar qapalı yük vaqonunda daşınırdılar. Arxada isə yenə də imitasiya üçün kömür yüklü 3 vaqon qoşulmuşdu.
Gecə vaxtı parovozun projektorunun üçü sıradan çıxır. Lakin maşinist qrafikdən geri qalmamaq üçün qaranlıqda yola davam edir. O, Drovnino stansiyasına yaxınlaşarkən maşinist yol üzərində nə isə olduğunu hiss edir. Artıq gec idi. Yoldakı maneə ilə lokomotivin arasında məsafə 50 metrdən də az idi. Maşinistin qəza tormozundan istifadə etməsi heç nəyi dəyişmir. Parovozla toqquşma zamanı atın sümükləri yoldəyişənin arasına düşərək onu bloklayır. Qatar relsdən çıxaraq qəflətən dayanır.
Bu zaman arxadakı kömür yüklü vaqonlar taxta konstruksiyalı “sərnişin” vaqonlarını ağırlığın təsiri ilə sözün həqiqi mənasında əzir. Hadisə nəticəsində 109 nəfər ölür, 211 nəfər xəsarət alır. 39 vaqon istifadəyə yararsız hala düşür.
Həlak olanlar hadisə yerindən bir qədər aralıda kütləvi məzarlıqda dəfn olunurlar. Onların çoxunun şəxsiyyəti müəyyən edilməyib.
Hadisəyə görə Mojaysk mənzilinin rəisi və kolxoz sədri məsuliyyətə cəlb edilirlər. Onlar dəmir yol xəttinin zəif mühafizəsinə görə ittiham edilirlər.
Bu işlə bağlı sənədlərin əksəriyyəti hələ də "məxfi" qrifi ilə saxlandığı üçün məhkəmə prosesinin nəticəsini öyrənmək mümkün olmayıb.
Lakin bu, sovet tarixində heyvanın səbəb olduğu ən böyük qəza kimi tarixə düşüb.
Bu hadisə nəzarətsiz buraxılan heyvanların dəmir yolu üçün nə qədər böyük təhlükə törədə biləcəyinə sübutdur.
Vüqar
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz















