Qəzaların sayı və ağırlıq dərəcələri niyə artır? - FƏRHAD EYYUBOV SƏBƏBLƏRİ AÇIQLADI - VİDEO

Son illərdə Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı hər növbəti ildə getdikcə azalmasına baxmayaraq, anoloji nəqliyyat infrastrukturuna sahib ölkələlərlə müqayisədə hələ də yüksək rəqəmlər müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, Azərbaycanda bu ilin 11 ayı ərzində 1316 yol-nəqliyyat hadisəsi nəticəsində 695 nəfər ölüb, 1126 nəfər xəsarət alıb. Bütün bunlar onu deməyə əsas verir ki, qəzaların sayının azalmasına baxmayaraq, ölüm faktının bu qədər çox qeydə alınması hələ də ölkənin nəqliyyat istiqamətində ciddi tənzimləmələrə ehtiyac var.
Mövzu ilə bağlı saytımıza müsahibəsində texnika elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Texniki Universitetinin keçmiş dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib ki, qəzaların artma səbəblərini öyrənmək üçün mütləq əvvəəlcə baş vermə səbəblərini öyrənməliyik:

“Yol hərəkətinin təşkilinin 2 məqsəd funksiyası var. Birincisi, sürəti davamlı artırmaqdır. Fikir versək, görərik ki, avtomobil nəqliyyatı qoşqunun yaranması ilə başlayıb və bu gün sürətli avtomobillərə qədər inkişaf yolu qeyd olunub. Sürətdən başqa, ikinci məqsəd isə yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Hər 100 nəqliyyat hadisəsi üçün 250 baş vermə səbəb və amili düşür. Avtomobil qəzaları araşdırılarkən “yol-nəqliyyat hadisələrinin SAYM sistemi” nəzərdən keçirilir. Bu sistem nədən ibarətdir? SAYM sistemi – sürücü, avtomobil, yol, mühit amilləri yol hərəkətinin təşkilində özünü göstərən əsas amildir. Yol-nəqliyyat hadisələrini təhlil edərkən müəyyən edilib ki, qəzaların baş verməsinin ilkin səbəbi sürücünün subyektiv fikridir. Əksər sürücülər yol hərəkəti qaydalarını bilmədiyi üçün qəza törədir”.
Səfər
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












