Sürücü bu halda düz xəttin tələbini poza bilər - CƏRİMƏSİ YOXDUR - VİDEO

Nəqliyyat vasitələrinin hərəkəti zamanı sürücülərin ən çox çətinlik çəkdiyi məqamlardan biri ötmə əməliyyatıdır. Yol hərəkəti qaydalarına düzgün əməl olunmadıqda, bu manevr təhlükəli vəziyyətlər yarada bilər. Xüsusilə ikitərəfli yollarda ötmə qaydalarının pozulması ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.
Bu cür yollarda qırıq xətlə ayrılmış zolaqlarda ötməyə icazə verilir. Lakin bəzi sürücülər qırıq xəttin düz xəttlə əvəz olunduğu hissəyə çatdıqda, ötməni necə başa vuracaqlarını bilmədikləri üçün çaşqınlıq yaşayırlar. Onlar bütöv xəttin başladığı yerdə qəfil sağa manevr edərək əvvəlki zolaqlarına qayıtmağa çalışırlar ki, bu da arxadan gələn və ya sağ zolaqda hərəkət edən digər avtomobillərlə toqquşmalara səbəb olur.
Sürücülər arasında ən çox müzakirə olunan suallardan biri budur: əgər qırıq xəttdə ötməyə başlanılıbsa, düz xəttin başladığı yerdə sürücü nə etməlidir?
Bu məsələ ilə bağlı bir çox sürücü ötmənin sonunda bütöv xəttin tələbini pozduğu üçün cərimələndiklərini bildirir.
"Yol hərəkəti haqqında" qanunun 5 saylı əlavəsinə görə, ötmənin qadağan edilmədiyi yol sahəsində, sürücü qırıq xəttdən keçərək əks istiqamətli hərəkət zolağına daxil olub ötməyə başlaya bilər. Əgər ötmə prosesi zamanı yolun həmin hissəsində qırıq xətt bütöv xətlə əvəz olunarsa, sürücü ötməni başa çatdırıb öz hərəkət zolağına qayıdarkən bütöv xətti kəsmək məcburiyyətində qalır. Bu zaman onun bu xətti keçməsi yol hərəkəti qaydalarının pozulması hesab edilmir və sürücü bu səbəbdən məsuliyyətə cəlb oluna bilməz.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












