Sürücülər icazə verilən saatlarda avtobus zolağına girməkdən niyə çəkinir? - SƏBƏBLƏR - SORĞU – VİDEO

Paytaxtda ictimai nəqliyyatdan istifadəyə təşviqi inkişaf etdirmək məqsədilə şəhərin bir sıra küçə və prospektlərində avtobus zolaqları salınıb. Bu zolaqlardan istifadə digər nəqliyyat vasitələri üçün qadağandır. Lakin bəzi ərazilərdə müəyyən saat aralıqlarında sürücülər həmin zolaqlardan istifadə edə bilərlər.
Bakının bəzi mərkəzi küçələri var ki, həmin ərazilərdə sıxlıq hər gün müşahidə edilir. Avtobus zolaqlarından istifadə edən ictimai nəqliyyat sərnişinləri bu ərazilərdən gedəcəkləri ünvana daha tez və təhlükəsiz çata bilirlər.

Paytaxtın Əhməd Rəcəbli və Abdulla Şaiq küçələrində, xüsusən pik saatlarda uzunmüddətli tıxacların qarşısını almaq məqsədilə müəyyən saatlarda avtobus zolaqlarında istifadəyə icazə var. Lakin sürücülər bu zolaqlardan ümumiyyətlə istifadə etməyə çəkinir. Səbəb isə cərimələnmək qorxusudur.
Bununla əlaqədar Avtosfer.az saytı olaraq, həm sosial şəbəkələrdə, həm də paytaxt küçələrində sürücülər arasında sorğu keçirdik və onlardan icazə verilən saatlarda niyə avtobus zolaqlarından istifadə etmədiklərinin səbəblərini soruşduq. Cavablar isə fərqli oldu. Bəziləri həmin saatlarda işdə olduqlarını desələr də, bəzi sürücülər cərimə olunmamaq üçün bundan çəkindiklərini qeyd ediblər.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, zolaqlarda hərəkətə nəzarət edən polis əməkdaşlarına diqqətli olmaları barədə xüsusi tapşırıqlar verilib:

“Abbas Mirzə Şərifzadə küçəsində, yəni “İnşaatçılar” metro stansiyasının yerləşdiyi küçədəki avtobus zolağına Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən vaxt məhdudiyyəti tətbiq edilib. Əvvəllər günün 24 saatı həmin zolağa girmək qadağan idisə, artıq nişanlar quraşdırılıb və yeni qaydaya əsasən səhər saat 7-dən axşam saat 9-a qədər bu zolağa girmək olmaz. Bu o deməkdir ki, axşam saat 9-dan sonra, əgər həmin ərazidə dayanma-durma qadağan deyilsə, orada avtomobili park etməyə də icazə verilir. Bu təqdirəlayiq addımdır. Lakin müəyəyn saatlarda icazə verilməsinə baxmayaraq, sürücülər həmin zolağa girməyə çəkinir. Bununla bağlı sorğumuza maraqlı rəylər bildirilib. Bəzi sürücülər deyir ki, icazə verilən saatda belə zolaqdan istifadə etsələr də, yenə də cərimə edilirlər”.
Mövzu ilə əlaqədar sürücülər arasında təşkil etdiyimiz sorğunun, eləcə də Elməddin Muradlının sürücülərin suallarını cavabladığı həmin videonu sizə təqdim edirik:
Səfər
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO








