Sürücülər sərfiyyatla bağlı belə aldadılır – RƏSMİ SƏNƏD

Avtomobilin real yanacaq sərfinin təlimatda göstərilənlərlə uyğun olmaması bütün ölkələrdə sürücüləri düşündürür. Bu günlərdə isə məsələyə Avropa Komissiyası müdaxilə edib.
Avtosfer.az xəbər verir ki, Komissiyanın həyata keçirdiyi testlər göstərib ki, avtomobilin real sərfiyyatı ilə texniki pasportda göstərilənlər ciddi şəkildə fərqlənirr. 2021-2024-cü illərdə 1 milyon avtomobilin göstəricisi ölçüldükdən sonra Komissiya belə qənaətə gəlib ki, Dizel mühərriklər hər 100 kilometrə orta hesabla 7,89 litr yanacaq sərf edir. Benzin mühərrikdə göstərici 6,88 litr təşkil edir. Halbuki, istehsalçı məlumatlarına görə bu göstəricilər müvafiq olaraq 6,38 və 5,82 litr təşkil edir. Başqa sözlə, real və rəsmi rəqəmlər arasında müvafiq olaraq 23,7% və 18,1% fərq yaranır.
Ayrı-ayrı modellər üzrə fərq daha ciddidir. Avropa istehsalı olan bəzi avtomobillər üzrə real göstərici ilə zavod göstəricisi arasında 34%-dən çox fərq aşkar edilib. Bəzi Yaponiya və koreyalı istehsalçılar bu məsələdə daha vicdanlıdırlar. Onların real sərfiyyat fərqi 12%-i keçmir.
PS. Reklam və ya antireklam olmaması üçün biz burada konkret markalar üzrə göstəriciləri açıqlamırıq. Lakin istəyən hər kəs sənədlə Avropa Komissiyasının saytında tanış ola bilər.
Vüqar Yaşaroğlu
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO












