Sürücülərin nəzərinə: Maşının yanacaq filtiri nə zaman dəyişdirilməlidir?

Bəzi sürücülər avtomobillərində yanacaq filtrini dəyişdirməyi unudurlar ki, bu da mühərrikin zədələnməsinə səbəb ola bilər. Avtosfer.az xəbər verir ki, filtrin dəyişdirilməsinin lazım olduğunu göstərən bir neçə əlamət var.
Belə ki, tıxanmış və ya nasaz yanacaq filtrinin əsas əlamətləri arasında, ilk növbədə, işə salma ilə bağlı çətinliklər, eləcə də bütövlükdə mühərrikin qeyri-sabit işləməsidir. Filtr tıxanıbsa, mühərrikə kifayət qədər yanacaq axmır ki, bu da çətinliyə səbəb olur. İkincisi, güc itkisi baş verə bilər və bu zaman avtomobilin performansı azalır. Daha bir əlamət yanacaq nasosunun həddindən artıq qızması və nəticədə onun vaxtından əvvəl sıradan çıxmasıdır.
Yanacaq filtrinin dəyişdirilməsi intervalı avtomobilin növündən və yanacağın keyfiyyətindən asılıdır. Orta hesabla, əksər avtomobil istehsalçıları yanacaq filtrini hər 30-50 min km-də dəyişdirməyi tövsiyə edir. Ancaq bəzi modellər, xüsusən də dizel, daha tez-tez dəyişdirilməsini tələb edə bilər - məsələn, hər 15-20 min km.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












