Şuşa sammiti Türk dünyasına ciddi mesajlar verdi

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar iyulun 5-6-da Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə iştirak etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan sammitə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları da qatılmışdılar.
Sammitin yekununda Qarabağ Bəyannaməsi, eləcə də bir sıra digər mühüm sənədlər imzalanıb.
Prezident İlham Əliyevin Ersin Tatarı TDT-nin qeyri-rəsmi görüşünə dəvət etməsi strateji qərar olmaqla bərabər bir çox qüvvələrin narahatlığına səbəb olub.
Bu səfərlə bağlı müxtəlif təxribatçı açıqlamalar verilir.
Avtosfer.az-ın məlumatına görə, Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Zorlu Töre bildirib ki, Şuşa sammiti Türk dünyası ilə bağlı dünyaya çox ciddi mesajlar verib:
“Şimali Kipr Türk Cümhuriyyətinə qarşı dünyada ədalət yoxdur. Biz neçə illərdir ki, bu ədalətsizliyə qarşı mübarizə aparırıq. Türkiyənin hər zaman bizim yanımzda olduğunu bilirik. Eyni zamanda son zamanlar Azərbaycanın güclü səsini eşidirik. Bununla qürur duyuruq. Hazırda Azərbaycan bizim digər Orta Asiya ölkələrinə açılan qapımızdır. Ümid edirki ki, digər Türk dövlətləri də Azərbaycan kimi bizimlə əlaqələri gücləndirəcək. Azərbaycan və Türkiyə hazırda Şimali Kipr Türk Cümhuriyyətinə çox dəyər verir və irəliləyişlər əldə edirik. Yaxın zamanda Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanıyacağını bilirik. Bir müddət əvvəl parlamentdə dostluq qrupu yaradıldı, bu, ciddi addım idi.
Şuşa sammitində Türk dünyası üçün çox ciddi mesajlar verildi. İlk dəfə olaraq bizim də orada iştirakımız bəzi qüvvələri narahat etmiş ola bilər. Amma deyə bilərəm ki, bu, bizim beynəlxalq aləmdə tanınmağımız üçün ciddi addımlardan biri idi”.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












