Şuşada hesabat təqdimatı keçiriləcək

Şuşa şəhərində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Karlayl Korbin tərəfindən yazılmış “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın iyulun 22-də təqdimatı keçiriləcək.
Avtosfer.az xəbər verir ki, təqdimat müəllif və Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov tərəfindən ediləcək.
140 səhifəyə yaxın tədqiqatda Fransanın keçmiş və hazırkı koloniyaları – Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaklar), Fransız Polineziyası (Maohi Nui), Sen-Martin, Sen-Bartelemi, Mayotta (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinika, Qvadelupa və Fransız Qvineyasının kolonizə edilməsinin tarixçəsi, habelə Fransanın hazırki kolonial siyasəti barəsində məlumat verilir. Beynəlxalq hüquqi sənədlər əsasında tərtib edilmiş hesabatda Fransa tərəfindən törədilmiş və hazırda törədilən cinayətlər (etnik təmizləmə, köləlik ticarəti, yerli əhalinin repressiyaya məruz qalması, həbs və qətlə yetirilməsi, aclıqdan qırılması və s.), BMT qətnamələrinin icra edilməməsi, bu çirkin əməllərinin kökündə duran Fransanın siyasi, hərbi strateji və iqtisadi maraqları haqqında geniş şəkildə bəhs edilir.
Xüsusi olaraq qeyd olunur ki, Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərin kökündə Fransa Prezidenti Emmanuel Makronun yerli əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz kolonial siyasətini zorla irəlilətmək istəyi olmuşdur. Bundan əlavə, Fransa rəsmilərinin Yeni Kaledoniyada baş verən son iğtişaşların xarici qüvvələrin, xüsusilə də Azərbaycanın müdaxiləsi ilə əlaqələndirməsinin əsassız olduğu qeyd olunur, bunun beynəlxalq ictimaiyyəti yerli Kanak xalqının haqlı tələblərindən yayındırmaq məqsədi daşıdığı vurğulanır.
Qeyd edək ki, tədqiqat Fransa hökuməti tərəfindən koloniyalarda beynəlxalq hüquqa zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə çağdaş dövrün bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə xidmət edəcək. Tədqiqatın BMT və onun ixtisaslaşmış qurumlarına, habelə Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Afrika İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur.
(report)
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz












