Taksilər avtobus zolağında hərəkət edə bilər? – DÜNYA TƏCRÜBƏSİ - FOTO

Artıq uzun müddətdir ki, taksilərin avtobus zolağına girməsi ilə bağlı məsələ gündəmdən düşmür. Hətta ötən günlərdə taksi sürücülərinin bununla bağlı etiraz aksiyası kimi fəaliyyətlərini dayandırması da müzakirə olunurdu.
Bəs taksilər həqiqətən də avtobus zolağından istifadə edə bilərmi? İnkişaf etmiş və digər inkişaf etməkdə olan ölkələrdə qaydalar necədir?
Avtosfer.az xəbər verir ki, bir çox ölkələrdə, o cümlədən əksər Avropa şəhərlərində ictimai nəqliyyat üçün ayrılmış zolaqlardan lisenziya almış taksilər istifadə edə bilər.
Lakin burada bir nüans var: Bir çox Avropa ölkələrində taksilərin sayı, onsuz da, limitlidir. Məsələn, Macarıstanın paytaxtı Budapeştdə ictimai nəqliyyat o qədər yaxşı inkişaf edib ki, insanlar taksidən yalnız xüsusi hallarda istifadə edir və bu şəhərdə taksilərin ümumi sayı 7000-ə qədərdir. Bakıda isə bu rəqəm 35000-dir, yəni azı 5 dəfə çox.

Ona görə, Budapeştdə bu taksilər avtobus zolağında problem yaratmır. Lakin bizə daha yaxın olan Tbilisi şəhərində bunu başqa cür həll ediblər. Xüsusi "A" kateqoriyalı taksilər müəyyən olunub ki, bu avtomobillərə dair xüsusi tələblər var. Həmin nəqliyyat vasitələri adi "ekonom" taksilər deyil. Bu taksidə gediş daha bahadır, daha komfortludur və eyni zamanda daha sürətlidir. Məhz bu xüsusiyyətlərə görə bu taksilər avtobus zolaqları ilə hərəkət edə bilir.⠀
Tbilisidə taksi sürücülərinin hamısı özünə "A" kateqoriya ala bilməsin deyə, limit müəyyən edilib və artıq 2023-cü ildən bu kateqoriyada olan lisenziyalar verilməsi dayandırılıb. Yalnız həmin kateqoriyası olan sürücü avtomobilini dəyi.diyi zaman, bir avtomobildən digərinə ötürülməsinə icazə verilir.
ABŞ-nin ən iri şəhərlərindən biri olan Nyu-Yorkda da belə qaydalar var. Burada da taksi lisenziyalarının verilməsi uzun müddətdir dayandırılıb, yalnız ötürülür.

Türkiyənin İstanbul şəhərində də taksilərə “emniyyet şeridi”ndən istifadəyə xüsusi hallarda icazə var.
Birləşmiş Krallığın bir sıra şəhərlərində təşkil edilən “bus lane” zonalarında da lisenziyalı taksilərin avtobuslara mane olmamaları halda hərəkətinə icazə verilir.
Səfər
Sürücülərin təhlükəli vərdişi: Zolaq dəyişmək niyə risklidir? – VİDEO
"Anti cib" modeli dayanacaqlarda təhlükəsizliyi artıracaq? - İZAH
Yol kənarında dayanan piyadalar niyə sürücülər üçün risk yaradır? – VİDEO
Qaraj alanda aldanmamaq üçün bu yazını oxuyun! - FOTOLAR
Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR
Bu məntəqələrin yanından keçərkən sürəti azaldın – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Yayda avtomobili tez soyutmağın sadə üsulu – MÜTƏXƏSSİS AÇIQLADI
Tıxac niyə azalmaq əvəzinə artır? – Ekspert səbəblərini AÇIQLADI
Bir neçə zolağın eyni anda dəyişdirilməsi qəza riskini artırır – MÜTƏXƏSSİS – VİDEO
Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT
Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO










