Təkər boltlarını necə sıxaq? – SXEM - FOTO

İndi Azərbaycan şəhərlərinin demək olar hər küçəsində təkər təmiri sexi mövcuddur. Lakin bəzən yolda təkər sıradan çıxdıqda onu yeniləmək lazım gəlir. Təkər dəyişmək hər bir sürücünün bacarmalı olduğu, servis çağırılmadan həyata keçirilməli prosedurdur. Lakin bunun da qaydası var.
Avtomobil sənayesi ortaya çıxdıqdan bəri belə bir dəyişməz qayda var: təkər boltları çarpaz şəkildə sıxılmalıdır. Əgər təkər 4 boltla bərkidilirsə, o zaman yanaşı deyil, qarşı-qarşıya olan boltlar sıxılmalıdır. 5 boltla bərkidilmə zamanı isə ulduz forması (sxemdəki kimi) tətbiq edilir.
Daha bir vacib məqam: son illərdə təmir sexlərində təkər boltlarının xüsusi alətlə açılıb-bağlanması adiləşib. Bu texnika işi asanlaşdırsa da, bir məqama diqqət yetirilməlidir. Belə ki, xarici ekspertlər minik avtomobillərinin boltlarının yalnız əllə sıxılmasını tövsiyə edirlər. Bu yolla dəfələrlə açılıb bağlanma zamanı zərbənin təsirindən boltların oturduğu yuvalar sıradan çıxır.
Başqa bir əsas məqam: yivlər sıradan çıxmasın deyə, boltları bir qədər yağlamaq lazımdır. Bu həm də paslanmanın qarşısını alır. Yağlanan boltların hərəkət zamanı açılacağını iddia edən ustalar isə başqa işlə məşğul olsa lar daha yaxşı olar. Axı mühərrikdə böyük təzyiqlə yağlanan, tonlarla ölçüləcək zərbəyə məruz qalan sürgü qolunu cəmi 2 bolt saxlayır və bu detal nadir hallarda öz-öünə açılır.
Vüqar
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yola girsəniz 100 manat + 2 bal CƏRİMƏ OLUNACAQSIZ
Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz













